|
İnternetin ən nəhəng video yayım saytı olan “Youtube” reklam gəlirlərinin bir qismini sayta görüntü göndərənlərlə paylaşacaq.
“Youtube”un qurucularından Chad Harley reklamdan qazandıqları məbləğin gələcək ylardan etibarən istifadəçilərini inkişaf etdirmək və sənətə təşviq etmək məqsədi ilə paylaşacaqlarını deyib. “Yutube” rəhbərliyi yeni qaydanın təkcə görüntülərin yayım hüququna malik olan istifadəçilərə şamil ediləcəyini bəyan edib. Qeyd edək ki, ayda 70 milyon ziyarətçisi olan “Youtube” ötən ilin noyabrında 1 milyard 650 milyon dollara “Google”ın tərkibinə daxil edilmişdi. |