YAP Sirus Tərbizlini cəzalandıracaq
Onun məsələsi partiyanın İdarə Heyətində müzakirə olunacaq
YAP icra katibinin müavini Səyavuş Novruzov martın 16-da jurnalistlərə bildirib ki, partiyanın sədr müavini Sirus Təbrizlinin məsələsi partiyanın İdarə Heyətində müzakirə olunacaq və onun haqqında ölçü götürüləcək. Novruzov qeyd edib ki, Təbrizlinin YAP icra katibi Əli Əhmədov və prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyev haqqında səsləndirdiyi fikirlər böhtan xarakteri daşıyır: «Əli Əhmədov YAP-ın qızıl fondu sayılan «91»lərdən biridir. 1992-ci ildən partiyanın üzvüdür. Hazırda icra katibi kimi vəzifəsini davam etdirir». Novruzov onu da bildirib ki, hakim partiyanın daxilində Ə.Əhmədovla bağlı heç bir narazılıq yoxdur. Ramiz Mehdiyevə gəldikdə isə, S.Novruzov deyib ki, o, prezidentin icra aparatının rəhbəri kimi, üzərinə düşən vəzifəni layiqincə yeriniə yetirir və prezident ona etimad göstərir
Trend
|