Azərbaycan Mətbuat Şurası "Xocalı soyqırımı Azərbaycan mətbuatında" mövzusunda dəyirmi masa təşkil edəcək. Mətbuat Şurasının sədri Əflatun Amaşov deyi ki, tədbir fevralın 24-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.
Toplantıda Xocalı soyqırımının mətbuatda necə işıqlandırılması, bu faciənin ölkə və dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılıma səviyyəsi, mövzunun işıqlandırılması üçün daha hansı tədbirlərin görülməsi kimi məsələlər müzakirəyə çıxarılacaq. Dəyirmi masada Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ziyalılar, tarixçilər, ekspertər iştirak edəcəklər.
trend
|