www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


TURQUT ÖZALI ÖLÜMƏ APARAN BÖYÜK LAYİHƏ

Səmra Özal: “Səfirlikdə ona zəhərli limonad içirdib öldürdülər”
 

Türkiyənin 8-ci prezidenti Turqut Özalın həyat yoldaşı Səmra Özalın son açıqlamaları yenə də Türkiyəni silkələyib. Özəl telekanallardan birində yayımlanan “Güc qadında” adlı verilişə qatılan eks birinci ledi T.Özalın səfirlikdə içdiyi bir limonaddan zəhərlənərək öldürüldüyünü açıqlayıb. Səmra xanım hesab edir ki, sui-qəsdə T.Özalın açıqlamaya hazırlaşdığı Böyük Türk Cümhuriyyəti quruluşu proyekti səbəb olub.
Mərhum həyat yoldaşının sui-qəsd nəticəsində öldüyü ilə bağlı şübhələrini təkrarlayan S.Özal ən son olaraq türk cümhuriyyətlərinə səfər etdiklərini xatırladıb. Böyük bir Türk Cümhuriyyəti qurulması üçün həyat yoldaşının ordakı bütün türk dövlətləri ilə razılıq əldə etdiyini deyən Səmra xanım onun digər planlarını da açıqlayıb: “Sonda Çinə gedəcəkdik və orada Böyük Türk Cümhuryyəti elan olunacaqdı. Təbii ki, böyük bir Türk Cümhuriyyətinin qurulması böyük dövlətləri narahat etdi. Bütün yeraltı sərvətlər bu ölkələrdə idi. Narahat ola biləcək çoxlu qruplar vardı. Onların təsiri ilə nələrsə baş verdi”.
S.Özalın açıqlamalarına görə, mərhum prezident səfirliklərdən birinin keçirdiyi tədbirə zorla aparılıb. Spirtli içki içməyən T.Özala “içki içmirsiniz deyə sizə özəl olaraq limonad hazırlatdıq” deyilib: “Əslində limonadı heç sevməzdi. Amma nəzakət xatirinə içib. Mən həmin limonaddan şübhələnirəm”.

Müsavat

EkleBunu Sosyal Paylaşım Butonu

Tarih: 16:13, 3/6/2007 Kategori: Kriminal
Yorum yaz
Ən son xəbərlər


Kayıt Güncel Sayfa: Toplam:
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler