Türk və Yunan hakerləri arasında virtual müharibə başlayıb. YouTube.com adlı dünyanın ən böyük video paylaşım saytına Mustafa Kamal Atatürkü təhqir edən video görüntü yükləyən yunanıstanlı internet istifadəçiləri türkiyəli həmkarlarının qəzəbinə tuş gəlib. Türk hakerlər yunanların 100 ədəd saytını dağıdaraq Türkiyə bayrağı və Atatürkün şəklini yerləşdiriblər.
Özlərini “1923 Türk Grup” olaraq təqdim edən və türk olduqlarını bəyan edən bir qrup haker qrup YouTube.com saytına yerləşdirilən və Mustafa Kamal Atatürkün təhqir olunduğu video görüntüyə etiraz əlaməti olaraq yunanların saytına hücum ediblər. Türk hakerlər dağıtdıqları saytların ana səhifəsinə Atatürkün hərbi formada şəklini və nişangahında uunan bayrağı olan bir snayperin şəklini qoyublar. Hakerlər həmçinin saytlara ingilis dilində "YouTubeda bir şey gördük və dünyanın ən böyük lideri olan Mustafa Kamal Atatürkü öyrənməyimizin vacib olduğunu hisstedik. Hər yanlış bir dərsdir və dərslərlə yanlışla əsla bitməz. Əsla unutma. Bir türk dünyaya bədəldir” yazısını da yerlədiriblər. Saytda həmçinin türk dilində də "20 iyul 1974 və 9 sentyabır 1922 tarixlərində yaşadıqlarınızın kinini, ulu öndər Mustafa Kamal Atatürkdən çıxarmaq istədiyiniz müşahidə olunur. Bu sizin qanınızda mövcuddur. Bu səbəblə də sizin əlinizdən gələn də elə budur. Amma unutmayın ki, bu millət sizin qədər şərəfsiz deyil. Türk milləti heç bir dövlətin liderinə şərəfsizlik etməz. Bundan sonra türk millətinə edəcəyiniz hər hansı bir sayğısızlığın nəticəsi olaraq “1923 Türk Grup” adı ilə Əzrayılınız olmağa davam edəcəyik. Atamıza etdiyiniz hörmətsizlik səbəbi ilə saytınızı ələ keçirilimişir” ifadələri yazılıb.
xxeber
|