www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


TƏBRİZDƏ MİNLƏRLƏ AZARKEŞ ŞƏHƏRİN

Fevralın 8-də Təbrizin 40 min azarkeş tutan futbol stadionunda Təbrizin «Traktorsazi» futbol klubu ilə Tehranın «Atiyesazəni kövsər» klubu arasında qarşılaşma olub. Təbriz klubu Tehran komandasına qalib gəlib. Matç başa çatandan sonra ağzınacan dolu standionda azarkeşlər ayağa qalxaraq «Yaşasın Azərbaycan!» şüarını səsləndirməyə başlayıblar. Stadiondan çıxıb Təbrizin küçələri ilə irəliləyən minlərlə futbol azarkeşi milli şüarlar səsləndirməkdə davam edib və faktiki olaraq Təbrizin küçələrində yürüş keçirilib.
Güney Azərbaycandakı mənbələrdən «Media forum» saytına verilən məlumata görə, yürüşün genişlənməsindən qorxan hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal işə qarışaraq azarkeşləri dağıtmağa və vəziyyəti nəzarət altına almağa çalışıblar. Təbrizin Abresani və Vəliəsr küçələrində yürüşçülərlə polis arasında qarşıdurma yaşanıb. Az bir zamanda 300-dən çox polis maşını yürüşçülərin irəlilədiyi bütün istiqamətlərdə küçələri mühasirəyə alıb. Günorta saatlarında Təbrizdə yaranmış bu gərginlik axşam saatlarınadək davam edib.

Nümayişçilərdən tutulanların olub-olmadığı hələlik məlum deyil.

«Media forum»

EkleBunu Sosyal Paylaşım Butonu

Tarih: 13:37, 2/10/2007 Kategori: Guney Azerbaycan
Yorum yaz
Ən son xəbərlər


Kayıt Güncel Sayfa: Toplam:
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler