Yap sədrinin müavini xalqın zillət içində olduğunu söylədi
Dünən Atatürk Mərkəzində deputat Elmira Axundovanın «Şüşə saray» kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə tanınmış sənət adlamları, qəzet redaktorları ilə bərabər YAP-çı deputatlar da iştirak edib. Amma təqdimat mərasiminin özəlliyi sabiq deputat, YAP-ın sədr müavini Sirus Təbrizlinin çıxışı olub.
S.Təbrizlinin çıxışındakı inqilabçı pafos, özünəməxsus ritorika salonu öz təsir dairəsinə saldı. Sabiq millət vəkilinin çıxışı tədbirə qatılan əksər YAP-çı və hakimiyyəti dəstəkləyən deputatların tədbiri yarımçıq tərk etmələri ilə nəticələndi. Bu sırada Fəzail Ağamalı, Aqil Abbas, Məlahət Həsənova, Nizami Cəfərov və digərləri olub.
Tədbirin aparıcısı Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Hicran Hüseynovanın narahatçılığı isə xüsusilə seçilirdi.
Sirus Təbrizlinin şok yaradan gözlənilməz çıxışının tam mətnini toxunmadan dərc edirik. Sirus Təbrizli ilk öncə üzünü Elmira Axundovaya tutub bildirdi ki, sizin sözünüzlə əməliniz həmişə üst-üstə düşüb, həmişə Azərbaycan xalqını sevmisiniz:
Azerbaijani Links Catalog