www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


"REMBO" AVSTRALİYADA SAXLANILIB


 

Hollivudun məşhur aktyorlarından Silvester Stalone Avstraliyanın Sidney şəhərindəki hava limanında gömrük işçiləri tərəfindən saxlanılıb.

Avstraliya mətbuatının yazdığına görə gömrükçülər saxladıqları Stalone və onunla birlikdə olan şəxslərin bütün əşyalarını götürüblər. Səbəb isə onların əşyaları lazer yoxlamasından keçərkən çantalarında qadağan olunmuş əşyaların yer alması olub. Nə olduğu açıqlanmayan bu mallar onlardan alınıb.
Avstraliya Gömrük Xidmətinin Axtarış üçrə müdiri Riçard Janeczko deyib ki, həmin əşyalar əllərindən alındıqdan sonra Stalone və dostları azad ediliblər.
Qeyd edək ki, Stalone Avstraliyaya "Roky Balboa" adlı yeni ilminin təqdimat mərasimində iştirak etmək üçün gəlirmiş.

xxeber


Tarih: 23:49, 2/17/2007 Kategori: Televiziya ve Radio
Yorum (yok) | Yorum yaz | Bağlantı

"KURTLAR VADİSİ"NƏ QOYULAN SENZURA NƏTİCƏSİND'

Türkiyənin "Show TV" telekanalında ilk seriyası yayımlanan ancaq daha sonra xalqın etirazı səbəbi ilə yayımı qadağan edilən "Kurtlar Vadisi-Terror" serialı ilə bağlı xəbərlər səngimək bilmir. Fevralın 15-də ikinci bölümü də daxil olmaqla bu serialın yayımlanmasına qoyulan qadağaya etiraz əlaməti olaraq Türkiyənin Radio Televiziya Şurasının internet saytı istifadəçilərin axınına uğrayıb telefonlarına isə külli miqdarda zəng edilib. Nəticədə RTÜK saytı kilitlənib, telefonları isə işləmir...

Vətəndaşlar tərəfindən tənqid atəşinə tutulan RTÜK-ün www.rtuk.gov.tr və www.rtuk.org.tr adlı saytlarına girmək çətinləşib.

xxeber


Tarih: 22:01, 2/16/2007 Kategori: Internet
Yorum (yok) | Yorum yaz | Bağlantı

"QURDLAR VADİSİ-TERROR"UN YAYIMI DAYANDIRILDI


 

Türkiyə Radio-Televizyon Üst Kurulunun (RTÜK) rəhbəri Zahid Akman "Qurdlar vadisi – terror" filminə olan etirazlarla əlaqədər serialın yayımlandığı "Show" telekanalının baş direktoru Saner Ayarla görüşüb. Görüşdən sonra "Show" TV idarə heyəti serialın yayımlanmamasına qərar verib. Yayımı dayandırılmış serialın yerinə Türkiyənin Cənub-Şərqindəki hadisələrdən bəhsedən "Kan Uykusu" (Qan yuxusu) adlı sənədli film nümayiş etdirilib.

Məlumatda qeyd olunur ki, RTÜK-nin qaynar xəttinə sözügedən serialla bağlı gələn çoxsaylı şikayətlərdən sonra qurumun üzvləri "Show TV"nin baş direktoru Saner Ayarı Ankaraya dəvət ediblər. Baş direktorla danışıqlar zamanı RTÜK-nin rəhbərliyi Soner Ayara şikayətlərlə bağlı məlumat veriblər, filmin dayandırılmasının vacibliyini bildiriblər. Bundan sonra "Show TV"nin rəhbərinə "Qurdlar vadisi – terror"u sifariş verən şirkətlə danışıqlar aparmaq tapşırılıb.


Tarih: 14:45, 2/16/2007 Kategori: Televiziya ve Radio
Yorum (yok) | Yorum yaz | Bağlantı

İRANIN BƏLUÇİSTAN ƏYALƏTİNDƏ KAMİKADZE SEPAH

Bu gün İranın Bəluçistan əyalətinin mərkəzi sayılan Zahidan şəhərinin Əhmədabad məntəqəsinin Sarəllah bulvarında Bakı vaxtı ilə səhər saat 7.07-də naməlum şəxs partlayıcı maddələrlə dolu avtomobilini İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus avtobusa yaxınlaşdıraraq onu partladıb.

Partlayış nəticəsində 18 nəfər SEPAH üzvü həlak olub. Kamikadze əməliyyatının kimlər tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.

Qeyd edək ki, İranın İSNA xəbər agentliyi yerli hərbçilərə istinadən hücumda iştirak edən şəxslərdən birinin tutulması barədə məlumat yayıb.

«Media forum»

Tarih: 12:51, 2/14/2007 Kategori: Dunya
Yorum (yok) | Yorum yaz | Bağlantı

GÜNEY AZƏRBAYCANIN MİYANƏ ŞƏHƏRİNDƏ XAM

Bu gün Güney Azərbaycanın Miyanə şəhərinin cümə imamı Hamidi naməlum şəxs tərəfindən bıçaqlanıb. Hamidi aldığı yaralar nəticəsində dünyasını dəyişib. Qatilin kim olduğu və cinayəti hansı məqsədlə törətdiyi hələlik bilinmir.

Qeyd edək ki, hər bir şəhərdə fəaliyyət göstərən cümə imamı həm də İranın dini rəhbəri ayətullah Əli Xamneyinin rəsmi nümayəndəsi sayılır. Cümə imamını Xamneyi özü təyin edir. Cümə imamı cümə günləri namaz təşkil edir və şəhərdəki bütün mollaların böyüyü sayılır.

«Media forum»

Tarih: 02:09, 2/14/2007 Kategori: Guney Azerbaycan
Yorum (yok) | Yorum yaz | Bağlantı

GÜNEY AZƏRBAYCANDA HƏBSLƏR DAVAM EDİR. ŞƏBİS

Fevralın 12-də Güney Azərbaycanın Şəbistər şəhərində tələbə hərəkatının fəallarından olan Behnam Nurməhəmmədi həbs edilib.

Güney Azərbaycan mənbələrindən «Media forum»a verilən məlumata görə, dünən ETTELAAT-ın Şəbistər şəhər bölməsinin məmurları B. Nurməhəmmədinin atası evinə basqın ediblər və heç bir izahat vermədən milli fəalı tutaraq naməlum istiqamətə aparıblar. Urmiya Texniki Universitetinin tələbəsi olan B.Nurməhəmmədinin hazırda harada saxlanıldığı məlum deyil.

Güneyli mənbələrin məlumatına görə, fevralın 4-də Şəbistər şəhərində beynəlxalq ana dili günü münasibəti ilə yazılı vərəqələr yayarkən milli fəallar - Behzad Xorşidzadə, Pərviz Sultani və Qəhrəman Sultani ETTELAAT məmurları tərəfindən həbs ediliblər. Hadisənin üstündən 9 gün keçməsinə baxmayaraq, milli fəallar hələ də ETTELAAT-ın Şəbistar şəhər bölməsində saxlanılırlar.

Qeyd edək ki, milli fəallara qarşı hər hansısa ittihamların irəli sürülüb-sürülmədiyi barədə hələlik məlumat yoxdur.

 

«Media forum»

Tarih: 17:12, 2/13/2007 Kategori: Guney Azerbaycan
Yorum (yok) | Yorum yaz | Bağlantı

İLHAM ƏLİYEV: «MƏN BİLİRƏM Kİ, ƏDALƏTSİ

«Biz hüquqi dövlət qururuq, təəssüf ki, tam qurub qurtara bilməmişik. Ölkədə bəzi hallarda sosial ədalət pozulur və bu məni çox narahat edir. Biznes sahəsinə qeyri-qanuni müdaxilələr olur. Mən bilirəm ki, ədalətsizliklər var. Mənə ünvanlanan bütün şikayətlərin hamısı gəlib çatır»-bu fikirləri prezident İlham Əliyev bildirib. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının üç illiyinə həsr olunmuş tədbirdə çıxış edən dövlət başçısı ölkədəki problemlərin bir hissəsinin sovet dövründən qaldığını bildirib: «Onların aradan qaldırılmasına çalışırıq. Bu çətindir, bəzi hallarda müqavimətlər də olur. Biz çalışırıq bütün bu problemləri həll edək».


Tarih: 15:06, 2/13/2007 Kategori: Cemiyyet
Yorum (yok) | Yorum yaz | Bağlantı

YOUTUBE GƏLİRLƏRİNİ İSTİFADƏÇİLƏRLƏ PAY


 

İnternetin ən nəhəng video yayım saytı olan “Youtube” reklam gəlirlərinin bir qismini sayta görüntü göndərənlərlə paylaşacaq.

“Youtube”un qurucularından Chad Harley reklamdan qazandıqları məbləğin gələcək ylardan etibarən istifadəçilərini inkişaf etdirmək və sənətə təşviq etmək məqsədi ilə paylaşacaqlarını deyib.
“Yutube” rəhbərliyi yeni qaydanın təkcə görüntülərin yayım hüququna malik olan istifadəçilərə şamil ediləcəyini bəyan edib.
Qeyd edək ki, ayda 70 milyon ziyarətçisi olan “Youtube” ötən ilin noyabrında 1 milyard 650 milyon dollara “Google”ın tərkibinə daxil edilmişdi.

 

xxeber.com


Tarih: 14:22, 2/13/2007 Kategori: Internet
Yorum (yok) | Yorum yaz | Bağlantı

ERMƏNİSTAN RUSİYADAN UZAQLAŞIR

ERMƏNİSTAN RUSİYADAN UZAQLAŞIR Oskanyanın bəyanatı Rusiyada narahatlıq doğurur

    Gürcüstan-Rusiya münasibətlərinin kəskin pisləşməsi və Moskva ilə Minsk arasında neft-qaz münaqişəsinin yaranması fonunda Rusiyanın Qafqazda ənənəvi müttəfiqi sayılan Ermənistan da Kremlin rəqibləri ilə «roman» barədə fikirləşir. Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu günlərdə bəyanatla çıxış edərək bildirib ki, İrəvan tikintisi qaz hasil edən ölkələrin Rusiyadan tranzit asılılığını zəiflətmək məqsədi güdən Transxəzər qaz kəmərinə qoşulmaq planını nəzərdən keçirir.

Parlamentdə çıxış edən nazir deyib: «Biz hazırda Rusiya qazı alırıq, yaxın vaxtlarda İran qazı alacağıq. Bundan əlavə, Transxəzər qaz kəməri vasitəsilə Orta Asiyadan qaz almaq üçün müraciət etməyi planlaşdırırıq. Enerji daşıyıcılarının Ermənistana daxil olmasının diverfikasiyası vacib əhəmiyyət daşıyır və biz bu məsələni bütün mümkün vasitələrlə həll etməyə çalışacağıq». Bu, xarici işlər nazirinin ilk belə bəyanatı deyil. Oskanyan bir il əvvəl də Transxəzər qaz kəmərinin tikintisinə qoşulmaq arzusunu dilə gətirmişdi.


Tarih: 02:18, 2/13/2007 Kategori: Dunya
Yorum (yok) | Yorum yaz | Bağlantı

ABŞ İRANIN İRAQLILARA VERDİYİ BOMBALARIN QALIQLARINI VE ŞƏK

Fevralın 11-də Amerikanın İraqdakı hərbi komandanlığı İranda düzəldildiyi güman olunan bir neçə bombanın qalıqlarını xarici jurnalistlərə nümayiş etdirib. «Röyters»in məlumatına görə, ABŞ qüvvələrinin yüksək rütbəli komandanları yollarda quraşdırılan və hərbi maşınları partlatmaq üçün istifadə olunan «İ.F.P» bombalarının İranda istehsal edilidyini və gizli yollarla İraq üsyançılarına çatdırıldığını bildiriblər.

Amerika hərbçilərinin fikrincə, bu bombalar və digər hərbi silahlar İranda istehsal olunub və İran rəhbərliyinin rəsmi tapşırığı ilə İraqa göndərilib. Amerikalılar iddia edirlər ki, İran İraqdakı silahlı üsyançılara hərbi təlim keçib və onlara müxtəlif bombaların hazırlanması yollarını öyrədib. Bildirildiyinə görə, İranın İraqa verdiyi sillahlar 620 nəfər ABŞ hərbçisinin yaralanmasına, 170 nəfərin isə ölümünə səbəb olub.


Tarih: 16:49, 2/12/2007 Kategori: Dunya
Yorum (yok) | Yorum yaz | Bağlantı
Ən son xəbərlər


Sayfa Güncel Sayfa:1 Toplam:14
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler