www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


TÜRKLERE KARŞI YAPILAN SOYKIRIMLAR VE HOCALI SOYKIRIMI

Tarih Türklere karşı yapılan soykırımlarla doludur. Biz Türkler ağıt yakmayı bilmediğimiz (veya bunu yapmadığımız için) hiçbir zaman bize karşı yapılan soykırımları, zulümleri  tarih yaddaşımıza kazımamış, çabuk unutmuşuz. Oysa Türklerin Batıda Viyana’dan Doğuda ise Kafkaslardan çekilmeye başladıkları dönemden sonrası  hep soykırıma uğradıkları hadiselerle doludur. Viyana’da, Bosna’da, Mora’da, Tri Poliçe’de Balkanların diğer bölgelerinde; yakın tarihimizde Bosna’da soykırıma uğrayan hep biz Türkler ve Müslümanlar olmuşuzdur. Diğer taraftan Kafkaslara baktığımızda,  son iki yüzyılın tarih sayfasının hep Türklere karşı yapılan soykırımlarla dolu olduğu görülmektedir.


Tarih: 02:34, 2/25/2007 Kategori: Gundem
Yorum (yok) | Yorum yaz | Bağlantı

İNFORMASİYA AXTARANDA EHTİYYATLI OLMAQ LAZIMMIŞ?

Söhbət 2001-2002-ci illərdə uçan naməlum obyektlər (UNO) barədə İnternetdə məlumat toplayan 45 yaşlı İngiltərə vətəndaşı, əslən şotland olan Hari Makinnondan gedir. Həmin dövrdə Makinnon işini itirmiş proqramçı, daha doğrusu, şəbəkə inzibatçısı imiş...

Günlərin birində həmişə olduğu kimi İnternetdə yenə də UNO barədə informasiya axtarışına çıxan proqramçı nəticədə Milli Aerokosmik Tədqiqatlar Agentliyinin (NASA) və Pentaqonun sirli (yəni xüsusi şifrə ilə qorunan) məlumat bazalarına rast gəlir.


Tarih: 20:41, 2/24/2007 Kategori: Internet
Yorum (yok) | Yorum yaz | Bağlantı

EDUARD ŞEVARDNADZE: "ERMƏNISTAN AZƏRBAYCANLA HESABLAŞM

Azərbaycanın zəngin iqtisadi və hərbi potensialı təkcə ekspertlər tərəfindən deyil, dünyanın nüfuzlu siyasi xadimləri tərəfindən də etiraf olunur. Bu baxımdan, qonşu Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin "Region+" jurnalına müsahibəsində süyləmiş olduğu fikirlər maraq doğurur. "Ermənistan Azərbaycanla hesablaşmalıdır, çünki əks halda müstəqilliyini itirə bilər"-bu fikirdə olan Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze "Region+" jurnalına müsahibəsində müvzu ilə bağlı daha mraqlı fikirlər işlədib. E.Şevardnadze bəyan edib ki, işğalçı Ermənistan üz müvqeyindən geri çəkilməli, Azərbaycanın zəbt etdiyi torpaqları geri qaytarmalıdır. E.Şevardnadze Azərbaycanın güclü düvlət olduğunu vurğulayıb: "Azərbaycan Azərbaycandır. Azərbaycan regionun güclü düvlətidir və onunla hesablaşmaq lazımdır. Azəbaycan güc yolu ilə istənilən problemi həll edə bilər. Mən düşünürəm ki, ermənilər münaqişənin həllini axtarmaqda davam edəcəklər".


Tarih: 04:44, 2/22/2007 Kategori: Politika
Yorum (yok) | Yorum yaz | Bağlantı

CƏNUBİ AZƏRBAYCANDA ƏLAVƏ QÜVVƏLƏR

Ana dili tədbirləri İran hakimiyyətini təşvişə salıb
Fevralın 21-i Beynəlxalq Ana Dili günü kimi qeyd olunacaq. Güney Azərbaycandakı Tələbə Hərəkatı bütün türk toplumuna müraciət edərək həmin gün keçiriləcək tədbirlərdə iştirak etməyə çağırıb. Hərəkatın güney şəhərləri boyunca yaydığı bildiriş vərəqələrində Azərbaycan türkcəsinin İranda ikinci dövlət dili elan olunması tələbilə aksiya keçiriləcəyi bəyan olunub. Tələbələr bildiriblər ki, milyonlarla Azərbaycan türkünün yaşadığı bir ölkədə türk dilinin işlənməsinə qadağa qoyulması yolverilməzdir və İran irticasının bu siyasətinə son verilməlidir.
Bu xəbərdarlığın yayılmasından dərhal sonra Cənubi Azərbaycanda elan olunmamış hərbi vəziyyətin tətbiqinə başlanılıb. Güneydəki mənbələrdən daxil olan məlumata görə, rəsmi Tehran Cənubi Azərbaycanın iri şəhərlərinə əlavə polis və hərbi qüvvələr yerləşdirib. Küçə və meydanlarda nəzarət xeyli gücləndirilib. Güney Azərbaycanda milli fəallara qarşı təzyiqlərin daha da şiddətləndiyi barədə “Media forum” saytı da xəbər yayıb. Saytın məlumatına görə, fevralın 14-də ETTELAAT-ın Əhər şəhər şöbəsi 100-ə yaxın tanınmış milli fəalın evinə zəng edərək onları ETTELAAT-a çağırıb. Qurumun yerli şöbəsində milli fəallara bildiriblər ki, heç kəs fevralın 16-dan sonra Əhərdən Təbrizə və ya Ərdəbilə gedə bilməz. Milli fəallardan ana dili günü evdə oturacaqları barədə yazılı izahat alınıb. Məlumatda o da bildirilir ki, izahat yazmaqdan imtina edən bir qrup fəal, o cümlədən Saleh Molla Abbasi həbs edilib. Tutulanların taleyi ilə bağlı hələlik məlumat yoxdur.

müsavat


Tarih: 19:01, 2/21/2007 Kategori: Guney Azerbaycan
Yorum (yok) | Yorum yaz | Bağlantı

GÜNEYDƏ ANA DİLİ HƏYƏCANI. ETTELAAT TƏBRİZD&

Fevralın 21-də qeyd olunacaq Beynəlxalq Ana Dili Günü yaxınlaşdıqca Güney Azərbaycanda milli fəalların həbsi də vüsət alır. Güneydəki mənbələrdən «Media forum» saytına verilən xəbərə görə, fevralın 18-də ETTELAAT əməkdaşları Təbrizin tanınmış milli-siyasi fəallarından biri olan Həsən Ərkin Saib küçəsində yerləşən mağazasına müraciət edərək onu və qohumlarından birini tutub naməlum istiqamətə aparıblar. Onların nə üçün və harada saxlanıldığı bəlli deyil.


Tarih: 22:32, 2/19/2007 Kategori: Guney Azerbaycan
Yorum (yok) | Yorum yaz | Bağlantı

AZƏRBAYCANLI ALİM XƏRÇƏNG HÜCEYRƏLƏRİNİ

Bu günlərdə Azərbaycan tibb elmində böyük nailiyyət qazanılıb. Azərbaycanlı gənc alim Vuqar Yaqublu xərçəng hüceyrələrinin ölümünü təyin edən biosensor icad edib. Vüqar Yaqublu fevralın 17-də Almaniyanın Heidelberg Universitetinin Elmi Şurasının qərarı ilə tibb doktoru elmi dərəcəsinə layiq görülüb.

Azərbaycanlı həkim Vüqar Yaqublu və alman həkimi Dr. Keese Michael tərəfindən xərçəng hüceyrələrinin proqramlaşdırılmış ölümünün (Apoptozun) canlı orqanizmlərdə təyin edilməsini mümkün edən biosensor yaradılmış ve uğurla sınaqdan keçirilib.
Hazırlanmış biosensor imkan verir ki, yeni dərman maddələrinin effektivliyi sınaqdan keçirilsin, eyni zamanda xərçəng hüceyrələrində dərmanlara qarşı yaranan reziztentliyin mexanizmi öyrənilsin. Gələcəkdə bu sensor xərçəng əleyhinə müalicə alan insanlar üçün individual mualicə taktikasının işlənib hazırlanmasında da tətbiq edilə biləcək.
Bu kəşfə görə Vüqar Yaqublu fevralın 17-də Almaniyanın Heidelberg Universitetinin Elmi Şurasının qərarı ilə tibb doktoru elmi dərəcəsinə layiq görülmüş və diplomla təltif edilib.
Qeyd etmək lazımdır ki, Heidelberg Universitet Klinikası dünyanın ən nüfuzlu tibb ocaqlarından biridir.

xxeber


Tarih: 20:21, 2/19/2007 Kategori: Xeberler
Yorum (yok) | Yorum yaz | Bağlantı

“ERMƏNİSTAN ŞƏRT QOYMADAN TÜRKİYƏ İLƏ

“Ermənistan heç bir ilkin şərt irəli sürmədən Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır”-bunu Fransanın “Le Fiqaro” qəzetinə müsahibəsində Ermənistan prezidenti Robert Koçaryan bəyan edib. Koçaryan Dağlıq Qarabağ probleminə də toxunub: "Qarabağ heç bir vaxt müstəqil Azərbaycanın bir parçası olmayıb”.

Bununla belə, Koçaryan 1915-ci ildə Osmanlıda ermənilərin soyqırımı məsələsinin öyrənilməsi üçün tarixçilərdən ibarət müştərək komissiyasının yaradılması təklifini rədd edib. Bunun müqabilində Ermənistan prezidenti Ankaranı bu məsələlərin müzakirəsi üçün hökumətlərarası komissiya yaratmağa çağırıb: “İki tərəfli münasibətlərin normallaşması iki ölkə hökumətlərinin vəzifəsidir, tarixçilərin yox. Ona görə də biz heç bir ilkin şərt olmadan diplomatik münasibətlər qurmağa, hökumətlərarası komissiya yaratmağa və son dərəcə də prinsipial məsələ də daxil olmaqla bütün məsələləri müzakirə etməyə hazırıq”.


Tarih: 19:28, 2/19/2007 Kategori: Xeberler
Yorum (yok) | Yorum yaz | Bağlantı

MÜSAVAT QİYMƏT ARTIMINA ETİRAZ OLARAQ BAKIDA İKİNCİ YÜRÜŞ-M

Bu gün Müsavat Partiyası Tarif Şurasının qərarı ilə ölkədə enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin artırılmasına etiraz olaraq Bakıda yürüş-mitinq keçirib.

Müsavatın mətbuat xidməti sərt küləyə, qar yağmasına, temperaturun mənfi 5-6 dərəcəyə enməsinə baxmayaraq, metronun «Həzi Aslanov» stansiyasından Ukrayna dairəsinədək keçirilən sanksiyalaşdırılmış aksiyada minədək partiya fəalının və ictimaiyyət nümayəndəsinin iştirak etdiyini xəbər verir.

Saat 16-da başlayan aksiya nəzərdə tutulduğu kimi, 2 saat deyil, təxminən 1 saat çəkib. Aksiya insidentsiz ötüşüb.

Ukrayna dairəsində Müsavat başqanının müavini İbrahim İbrahimli mitinqi açıq elan etdikdən sonra söz partiyanın başqanı İsa Qəmbərə verilib.

 

Mitinqdə çəkilmiş rəsimlər


Tarih: 02:26, 2/19/2007
Yorum (yok) | Yorum yaz | Bağlantı

TÜRKMƏNİSTANDA İNTERNET KLUB AÇILIB


 

Dünyanın ən qapalı ölkələrindən biri olan Türkmənistanın paytaxtı Aşkabadda 2 ədəd internet klub açılıb. Mərasimsiz açılan bu yerlər Türkmənistanın ilk internet klublarıdır.

İnternet klublar şəhər mərkəzindəki "TürkmenTelekom" adlı telekomunikasiya şirkətinə aiddir.
Hər gün 9 saat işləyən internet klubda 15 dəqiqə istifadə üçün 1 dollar tələb olunur. Qeyd edək ki, Türkmənistanda minimum əmək haqqının məbləği təxminən 50 dollardır.
Qeyd edük ki, türkmənler 1996 - 2000-ci illər arasında internetdən istifadə edilə bilirdi. Daha sonra xalqın internetə girməsi qadağan edilib. Təkcə bəzi xüsusi yerlər, idarələr və otellərdəki əcnəbi qonaqlar abunəlik yolu ilə internetdən istifadə edə bilirdilər.
Qeyd edək ki, Beynəlxalq Telekommukinasiya Birliyinin məlumatına görə 2006-da 5 milyondan artıq Türkmənistan əhalisinin yalnız 0,73 faizi internetdən istifadə edib.

xxeber


Tarih: 19:32, 2/18/2007 Kategori: Internet
Yorum (yok) | Yorum yaz | Bağlantı

ANA DİLİ GÜNÜ ƏRƏFƏSİNDƏ ETTELAAT ƏH

Beynəlxalq Ana Dili günü ərəfəsində Güney Azərbaycanda milli fəallara qarşı təzyiqlər artmaqdadır. Güney Azərbaycandakı mənbələrdən «Media forum»a verilən məlumata görə, fevralın 14-də ETTELAAT-ın Əhər şəhər şöbəsi 100-ə yaxın tanınmış milli fəalın evinə zəng edərək onları ETTELAAT-a çağırıb.

ETELLAAT-ın yerli şöbəsində milli fəallara bildiriblər ki, heç kəs fevralın 16-dan sonra Əhərdən Təbrizə və ya Ərdəbilə gedə bilməz. Milli fəallardan fevralın 21-də, Beynəlxalq Ana Dili günündə evdə oturacaqları və ana dili günü keçiriləcək tədbirlərdə iştirak etməyəcəkləri barədə yazılı izahat alınıb.

Məlumatda o da bildirilir ki, izahat yazmaqdan imtina edən bir qrup fəal, o cümlədən Saleh Molla Abbasi həbs ediliblər. Tutulanların taleyi ilə bağlı hələlik heç bir məlumat yoxdur.

mediaforum


Tarih: 17:54, 2/18/2007 Kategori: Guney Azerbaycan
Yorum (yok) | Yorum yaz | Bağlantı
Ən son xəbərlər


Sayfa Güncel Sayfa:1 Toplam:14
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler