Gürcüstan prezidenti Mixail Saakaşvili Tbilisi aeroportunda VIP çıxışlarının bağlanması haqqında göstəriş verib.
VİP - «Very İmportant Person» azərbaycancaya tərcümədə «çox mühüm şəxs» deməkdir. VİP çıxışlarından deputatlar, hökumət üzvləri, dövlət başçısı, diplomatlar və s. imtiyazlı şəxslər istifadə edir. Tbilisi aeroportunun Avropa səviyyəsinə çatdığını deyən prezident qeyd edib ki, bütün sərnişinilər eyni qaüdada növbəyə durmalı və eyni giriş-çıxışdan isifadə etməlidirlər. «Hamı eyni giriş-çıxışdan keçməli olacaq» deyən Saakaşvili bildirib ki, əgər hansısa deputat, hökumət üzvü əlavə xidmətlərə görə daha çox pul ödəmək istəyirsə, problem yoxdur: «Buyursunlar, öz yüksək maaşlarından aeroport rəhbəriyinə pul ödəsinlər. Amma bütün VİP çıxışları bağlanmalıdır».
M.Saakaşvili aeroportda müasir taksilərin və səliqəli, üzü qırxılmış taksi sürücülərinin xidmət göstərməsinin zəruriliyini də vurğulayıb. Gürcüstan prezidenti Tbilisi aeroportunun gömrük rəisini də işdən çıxarıb və buna səbəb kimi aeroport gömrükçülərinin yol verdiyi qanunsuzluqları göstərib.
«Gürcüstan Dəmir Yolları» Səhmdar Cəmiyyətinin rəhbəri İrakli Ezutbaiyə isə dövlət başçısı paytaxtın dəmir yolu vağzalından aeroportunadək dəmir yolu çəkməyi tapşırıb. Gürcüstan prezidentinin fikrincə, elektrik qatarları sərnişinlərin vağzaldan aeroporta və əks istiqamətə hərəkətini xeyli asanlaşdıra bilər. Bu marşrutda dəmir yolunun yarım ildən sonra istismara veriləcəyi gözlənilir.
medıaforum
|