Hollivudun məşhur aktyorlarından Silvester Stalone Avstraliyanın Sidney şəhərindəki hava limanında gömrük işçiləri tərəfindən saxlanılıb.
Avstraliya mətbuatının yazdığına görə gömrükçülər saxladıqları Stalone və onunla birlikdə olan şəxslərin bütün əşyalarını götürüblər. Səbəb isə onların əşyaları lazer yoxlamasından keçərkən çantalarında qadağan olunmuş əşyaların yer alması olub. Nə olduğu açıqlanmayan bu mallar onlardan alınıb. Avstraliya Gömrük Xidmətinin Axtarış üçrə müdiri Riçard Janeczko deyib ki, həmin əşyalar əllərindən alındıqdan sonra Stalone və dostları azad ediliblər. Qeyd edək ki, Stalone Avstraliyaya "Roky Balboa" adlı yeni ilminin təqdimat mərasimində iştirak etmək üçün gəlirmiş.
xxeber
|