Türkiyə Radio-Televizyon Üst Kurulunun (RTÜK) rəhbəri Zahid Akman "Qurdlar vadisi – terror" filminə olan etirazlarla əlaqədər serialın yayımlandığı "Show" telekanalının baş direktoru Saner Ayarla görüşüb. Görüşdən sonra "Show" TV idarə heyəti serialın yayımlanmamasına qərar verib. Yayımı dayandırılmış serialın yerinə Türkiyənin Cənub-Şərqindəki hadisələrdən bəhsedən "Kan Uykusu" (Qan yuxusu) adlı sənədli film nümayiş etdirilib.
Məlumatda qeyd olunur ki, RTÜK-nin qaynar xəttinə sözügedən serialla bağlı gələn çoxsaylı şikayətlərdən sonra qurumun üzvləri "Show TV"nin baş direktoru Saner Ayarı Ankaraya dəvət ediblər. Baş direktorla danışıqlar zamanı RTÜK-nin rəhbərliyi Soner Ayara şikayətlərlə bağlı məlumat veriblər, filmin dayandırılmasının vacibliyini bildiriblər. Bundan sonra "Show TV"nin rəhbərinə "Qurdlar vadisi – terror"u sifariş verən şirkətlə danışıqlar aparmaq tapşırılıb.
Azerbaijani Links Catalog