www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


QUQUŞ AZƏRBAYCANA GƏLƏCƏK

Ququş Azərbaycana gələcək O, Yaqub Zurufçu ilə duet oxuyacaq

  Tanınmış müğənni Yaqub Zurufçu səfərdən qayıdıb. Amerika və Kanadada 15 konsert verən sənətçi səfər təəssüratlarını bizimlə bölüşdü: «İnanın ki, konsertlər anşlaqla keçdi. Konsertə təşrif buyuranlar arasında təkcə azərbaycanlılar deyil, əcnəbilər də vardı. Onlar bizim musiqini az qala nəfəslərini dərmədən dinləyirdilər».

Səfərdən yeni təkliflə dönən Yaqub Zurufçu bir neçə aydan sonra növbəti konsert layihəsini gerçəkləşdirəcək. Daha bir maraqlı layihəyə isə əslən Azərbaycandan olan Ququşla duet ifa etmək daxildir.

Qeyd edək ki, uzun illərdir Amerikada yaşayan Ququşla Yaqub Zurufçu artıq razılığa gəliblər. Azərbaycana gəlməyi planlaşdıran məşhur sənətçi Y.Zurufçu ilə məşhur «Ayrılıq» mahnısını duet ifa etmək fikrini qətiləşdirib.

Xatırladaq ki, əsl adı Faiqə Atəşin olan Ququş adıçəkilən mahnını ilk dəfə 30 il öncə oxuyub.

 Günazer

EkleBunu Sosyal Paylaşım Butonu

Tarih: 00:38, 3/7/2007 Kategori: Medeniyyet
Yorum yaz
Ən son xəbərlər


Kayıt Güncel Sayfa: Toplam:
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler