«Ötən il ərzində vətəndaşlardan daxil olmuş çoxsaylı müraciətlərdə məhz müxtəlif məsələlər barədə təklif və arzular bildirilib. Bunların əksəriyyətində vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verərək onu daim dövlət başçısı vəzifəsində görmək istədiklərini bildirir, prezidentlik müddətinin 5 ildən ən azı 7 ilədək uzadılmasını təklif edirlər». Bu cümlələr Prezidentin İcra Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin rəhbəri Süleyman İsmayılovun bu gün rəsmi dövlət qəzetində - «Azərbaycan» qəzetində dərc edilən «Tariximizin yeni mərhələsi və vətəndaşların müraciətlərinə yeni münasibət» adlı məqaləsindəndir.
Azerbaijani Links Catalog