
www.sonxeber.tk
Bağlantılarım
*
*
• Blog RSS
• Canlı TV İzle
Kategoriler
CemiyyetDunyaGundemGuney AzerbaycanIdmanInternetIqtisadiyyatKriminalMaraqli XeberlerMedeniyyetMusahibePolitikaTehsilTeleviziya ve RadioXeberlerYazarlar
|
MİLLİ MƏCLİSDƏ DEPUTATLAR ARASINDA ƏLВƏYAXA DÖYÜŞ OLUB
 |
 Hüseyn Abdullayev və Fəzail Ağamalı |
Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq ölkənin ali qanunverici orqanının zalında deputatlar arasında dava olub. Məclisin iclasında hökumətin hesabatı zamanı deputatlar arasında əlbəyaxa döyüş olub. Hökümətin hesabatına etiraz edən millət vəkili Hüseyn Abdullayevin sözünü spiker Oqtay Əsədov kəsdikdən sonra yerlərdən deputatlar da onun çıxışına etiraz ediblər...
Hesabata etiraz edən Abdullaev bildirib ki, bu sənəd xalqa və deputatlara qarşı təhqirdir. Onun fikrincə, hesabatda reallıq əks olunmur və o qəbul edilməməlidir.
Mübahisə Ana Vətən Partiyanın sədri, millət vəkili Fəzail Ağamalı ilə Hüseyn Abdullyaev arasında təhqir, söyüş və əlbəyaxa döyüşlə nəticələnib. Nəticədə, Ağamalı deputatlar Azay Quliyev və Məlahət Həsənovanın arasında stola yıxılıb. Digər deputatlar onları ayırdıqdan sonra Hüseyn Abdullayev zalı tərk edib.
Hadisə bütün telekanallar tərəfindən çəkilib...
Trend
|
Tarih: , 3/16/2007 Kategori: Politika |
Yorum (0) | Yorum yaz | Bağlantı |
|
SİRUS TƏBRİZLİ HAKİMİYYƏTİ ÇALXALADI
Yap sədrinin müavini xalqın zillət içində olduğunu söylədi
Dünən Atatürk Mərkəzində deputat Elmira Axundovanın «Şüşə saray» kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə tanınmış sənət adlamları, qəzet redaktorları ilə bərabər YAP-çı deputatlar da iştirak edib. Amma təqdimat mərasiminin özəlliyi sabiq deputat, YAP-ın sədr müavini Sirus Təbrizlinin çıxışı olub.
S.Təbrizlinin çıxışındakı inqilabçı pafos, özünəməxsus ritorika salonu öz təsir dairəsinə saldı. Sabiq millət vəkilinin çıxışı tədbirə qatılan əksər YAP-çı və hakimiyyəti dəstəkləyən deputatların tədbiri yarımçıq tərk etmələri ilə nəticələndi. Bu sırada Fəzail Ağamalı, Aqil Abbas, Məlahət Həsənova, Nizami Cəfərov və digərləri olub.
Tədbirin aparıcısı Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Hicran Hüseynovanın narahatçılığı isə xüsusilə seçilirdi.
Sirus Təbrizlinin şok yaradan gözlənilməz çıxışının tam mətnini toxunmadan dərc edirik. Sirus Təbrizli ilk öncə üzünü Elmira Axundovaya tutub bildirdi ki, sizin sözünüzlə əməliniz həmişə üst-üstə düşüb, həmişə Azərbaycan xalqını sevmisiniz:
|
Tarih: , 3/16/2007 Kategori: Politika |
Yorum (0) | Yorum yaz | Bağlantı |
|
2008-İLDƏN TELEKANALLARDAKI BÜTÜN FİLMLƏR YALNIZ AZƏRBAYCAN DİLİNDƏ YAYIMLANACAQ
Milli Televiziya və Radio Şurasının martın 14-də keçirilən iclasında əcnəbi filmlərin Azərbaycan dilinə dublyaj edilərək nümayiş olunması ilə bağlı teleradio yayımçıları qarşısında duran vəzifələr müzakirə olunub.
Şuranın qəbul etdiyi qərara əsasən gələn il yanvarın 1-dən ölkə ərazisində təşkilatı-hüququ formasından asılı olmayaraq bütün telekanallarda bədii, sənədli, cizgi filmləri və sairə yalnız Azərbaycan dilində yayımlanacaq. Türkiyə türkcəsində film və seriallar isə qərarın əhatəsinə daxil edilməyib.
xxeber |
Tarih: , 3/16/2007 Kategori: Televiziya ve Radio |
Yorum (0) | Yorum yaz | Bağlantı |
|
TÜRK HAKER QRUPU YUNANLARIN 100 SAYTINI DAĞIDIB
Türk və Yunan hakerləri arasında virtual müharibə başlayıb. YouTube.com adlı dünyanın ən böyük video paylaşım saytına Mustafa Kamal Atatürkü təhqir edən video görüntü yükləyən yunanıstanlı internet istifadəçiləri türkiyəli həmkarlarının qəzəbinə tuş gəlib. Türk hakerlər yunanların 100 ədəd saytını dağıdaraq Türkiyə bayrağı və Atatürkün şəklini yerləşdiriblər.
Özlərini “1923 Türk Grup” olaraq təqdim edən və türk olduqlarını bəyan edən bir qrup haker qrup YouTube.com saytına yerləşdirilən və Mustafa Kamal Atatürkün təhqir olunduğu video görüntüyə etiraz əlaməti olaraq yunanların saytına hücum ediblər. Türk hakerlər dağıtdıqları saytların ana səhifəsinə Atatürkün hərbi formada şəklini və nişangahında uunan bayrağı olan bir snayperin şəklini qoyublar. Hakerlər həmçinin saytlara ingilis dilində "YouTubeda bir şey gördük və dünyanın ən böyük lideri olan Mustafa Kamal Atatürkü öyrənməyimizin vacib olduğunu hisstedik. Hər yanlış bir dərsdir və dərslərlə yanlışla əsla bitməz. Əsla unutma. Bir türk dünyaya bədəldir” yazısını da yerlədiriblər. Saytda həmçinin türk dilində də "20 iyul 1974 və 9 sentyabır 1922 tarixlərində yaşadıqlarınızın kinini, ulu öndər Mustafa Kamal Atatürkdən çıxarmaq istədiyiniz müşahidə olunur. Bu sizin qanınızda mövcuddur. Bu səbəblə də sizin əlinizdən gələn də elə budur. Amma unutmayın ki, bu millət sizin qədər şərəfsiz deyil. Türk milləti heç bir dövlətin liderinə şərəfsizlik etməz. Bundan sonra türk millətinə edəcəyiniz hər hansı bir sayğısızlığın nəticəsi olaraq “1923 Türk Grup” adı ilə Əzrayılınız olmağa davam edəcəyik. Atamıza etdiyiniz hörmətsizlik səbəbi ilə saytınızı ələ keçirilimişir” ifadələri yazılıb.
xxeber
|
Tarih: , 3/11/2007 Kategori: Internet |
Yorum (0) | Yorum yaz | Bağlantı |
|
QUQUŞ AZƏRBAYCANA GƏLƏCƏK
O, Yaqub Zurufçu ilə duet oxuyacaq
Tanınmış müğənni Yaqub Zurufçu səfərdən qayıdıb. Amerika və Kanadada 15 konsert verən sənətçi səfər təəssüratlarını bizimlə bölüşdü: «İnanın ki, konsertlər anşlaqla keçdi. Konsertə təşrif buyuranlar arasında təkcə azərbaycanlılar deyil, əcnəbilər də vardı. Onlar bizim musiqini az qala nəfəslərini dərmədən dinləyirdilər».
Səfərdən yeni təkliflə dönən Yaqub Zurufçu bir neçə aydan sonra növbəti konsert layihəsini gerçəkləşdirəcək. Daha bir maraqlı layihəyə isə əslən Azərbaycandan olan Ququşla duet ifa etmək daxildir.
Qeyd edək ki, uzun illərdir Amerikada yaşayan Ququşla Yaqub Zurufçu artıq razılığa gəliblər. Azərbaycana gəlməyi planlaşdıran məşhur sənətçi Y.Zurufçu ilə məşhur «Ayrılıq» mahnısını duet ifa etmək fikrini qətiləşdirib.
Xatırladaq ki, əsl adı Faiqə Atəşin olan Ququş adıçəkilən mahnını ilk dəfə 30 il öncə oxuyub.
Günazer |
Tarih: , 3/7/2007 Kategori: Medeniyyet |
Yorum (0) | Yorum yaz | Bağlantı |
|
TURQUT ÖZALI ÖLÜMƏ APARAN BÖYÜK LAYİHƏ
Səmra Özal: “Səfirlikdə ona zəhərli limonad içirdib öldürdülər”
Türkiyənin 8-ci prezidenti Turqut Özalın həyat yoldaşı Səmra Özalın son açıqlamaları yenə də Türkiyəni silkələyib. Özəl telekanallardan birində yayımlanan “Güc qadında” adlı verilişə qatılan eks birinci ledi T.Özalın səfirlikdə içdiyi bir limonaddan zəhərlənərək öldürüldüyünü açıqlayıb. Səmra xanım hesab edir ki, sui-qəsdə T.Özalın açıqlamaya hazırlaşdığı Böyük Türk Cümhuriyyəti quruluşu proyekti səbəb olub. Mərhum həyat yoldaşının sui-qəsd nəticəsində öldüyü ilə bağlı şübhələrini təkrarlayan S.Özal ən son olaraq türk cümhuriyyətlərinə səfər etdiklərini xatırladıb. Böyük bir Türk Cümhuriyyəti qurulması üçün həyat yoldaşının ordakı bütün türk dövlətləri ilə razılıq əldə etdiyini deyən Səmra xanım onun digər planlarını da açıqlayıb: “Sonda Çinə gedəcəkdik və orada Böyük Türk Cümhuryyəti elan olunacaqdı. Təbii ki, böyük bir Türk Cümhuriyyətinin qurulması böyük dövlətləri narahat etdi. Bütün yeraltı sərvətlər bu ölkələrdə idi. Narahat ola biləcək çoxlu qruplar vardı. Onların təsiri ilə nələrsə baş verdi”. S.Özalın açıqlamalarına görə, mərhum prezident səfirliklərdən birinin keçirdiyi tədbirə zorla aparılıb. Spirtli içki içməyən T.Özala “içki içmirsiniz deyə sizə özəl olaraq limonad hazırlatdıq” deyilib: “Əslində limonadı heç sevməzdi. Amma nəzakət xatirinə içib. Mən həmin limonaddan şübhələnirəm”.
Müsavat |
Tarih: , 3/6/2007 Kategori: Kriminal |
Yorum (0) | Yorum yaz | Bağlantı |
|
"ITU" AZƏRBAYCANIN RABİTƏ PEYKİ BURAXMAQ BARƏDƏ TƏKLİFİNİ QƏBUL EDİB
Martın 20-dən etibarən Azərbaycanın rabitə peyki buraxılması barədə təklifi Beynəlxalq Telekommunikasiya Birliyinin (ITU – International Telecommunication Union) vasitəsilə dünya peyk şirkətləri arasında yayılacaq. Bu barədə məlumatı bazar ertəsi Rabitə və İnforamasiya Nazirliyinin Faliyyətin koordinasiya şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev bildirib.
“Bu çox mühüm məsələdir. Biz buna nail olduq ki, ITU bu təklifimizi qəbul etdi və bunu yaymağı öz öhtəsinə götürdü”,-deyə Q.Abdullayev qeyd edib. Bundan sonara isə 4 ay ərzində şirkətlərlə danışıqlar aparılacaq və texniki məsələlər müzakirə olunacaq. Mütəxəssisin sözlərinə görə işin tam nəticəsini isə 3-7 il ərzində görmək mümkün olacaq. “Hazırda Nazirliyə bir çox şirkətlər tərəfindən bu layihədə iştirak etmək üçün müraciət olunub. Müvafiq olaraq bu təkliflərə baxılır”,-deyə nazirlik rəsmisi bildirib. 80-100 mln dollar dəyəri olan lahyihənin maliyyə mənbələri isə hələ ki, müəyyən olunmayıb. 2006-cı ildə Rabitə Nazirliyində keçirilmiş toplantıda peykin texniki göstəriciləri müzakirə olunub və yüngül ölçülü peykin hazırlanması məqsədəuyğun hesab olunub.
Trend |
Tarih: , 3/5/2007 Kategori: Televiziya ve Radio |
Yorum (0) | Yorum yaz | Bağlantı |
|
AZƏRBAYCANLI VƏ TÜRKİYƏLİ HAKER QRUPU 375 SAYTI DAĞIDIB
Bir müddət əvvəl xxeber.com-a internet vasitəsi ilə müsahibə verən və Xocalı Soyqırımının 15-ci ilinin tamam olduğu günlərdə erməni saytlarına hücum edəcəklərini bəyan edən azərbaycanlı haker dediyini icra edib. Həmin hakerin daxil olduğu "AYT" (Ayyıldız Team), "OHT" (Özel Harekat Team) və TAHT (Turkiye Azerbaijan Hacker Team) adlı qrup 375 sayta hücum edib.
Dağıdılan saytlar arasında erməni dilli Argetina saytları da var. Bunun səbəbi isə bir müddət əvvəl həmin ölkənin qondarma soyqırım məsələsində Ermənistana verdiyi dəstəkdir.
Dağıdılan saytların siyahısını görmək üçün daxil olun!
xxeber |
Tarih: , 2/27/2007 Kategori: Internet |
Yorum (0) | Yorum yaz | Bağlantı |
|
HÖTEBORQDA KƏRKÜK və QARABAĞA HƏSR OLUNMUŞ AKSİYA KEÇİRİLİB
Fevralın 24-də İsveçin Höteborq şəhərində 200-dəq çox azərbaycanlının, eyni zamanda İraqda yaşayan türklər və İraq türkmənlərinin iştirakı ilə etiraz aksiyası keçirilib. Bu barədə «Media forum»a İsveçdə yaşayan həmyerlimiz Mahmud Bilgin məlumat verib.
Azəbaycan Federasyonu İsveçin təşəbbüsü ilə keçirilən aksiyada İsveç dilində dilində «Kərkük türkündür, türkün qalacaq!», «Kərkük bizimdir, bizim qalacaq!», «Yaşasın Kərkük, yaşasın İraq!», «Kərkükdə, İraqda terorçuluğa ölüm!», «Kərkükü kürdləşdirənlərə ölüm!», «Erməni daşnakına ölüm!», «Erməni Xocalıda cinayət eylədi - İran himayət eylədi!», «Qarabağ türkündür, türkün qalacaq!», «Qarabağ, Kərkük bizimdir, bizim olacaq», «Rus, fars, erməni bütün türkün düşməni!» şüarları səsləndirilib. |
Tarih: , 2/26/2007 Kategori: Gundem |
Yorum (0) | Yorum yaz | Bağlantı |
|
|
Ən son xəbərlər
|