Hazırda Müsavat Partiyası Bakının Ukrayna dairəsində qiymət artımına etiraz olaraq mitinq keçirir.
Aksiya iştirakçıları «İnsanları eşidin, qiymətləri endirin», «İstefa» şüarları səsləndirirlər.
Metronun «Həzi Aslanov» stansiyasının yanından başlanan yürüş və Ukrayna dairəsində davam edən mitinq zamanı hələlik hər hansı insident qeydə alınmayıb.
Polis əməkdaşları meydanı mühasirəyə alıblar. Mitinq hazırda davam edir.
Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya saat 18-də başa çatmalıdır.
azadlıq.org
|