www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


MÜSAVATIN 18 MART YÜRÜŞ-MİTİNQİNƏ İCAZƏ VERİLDİ

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına martın 18-də yürüş-mitinq keçirməyə icazə verib.

Partiyanın mətbuat xidmətindən «Media forum»a bildiriblər ki, aksiya saat 15.00-dan 17.00-dək keçiriləcək. Metronun «Həzi Aslanov» stansiyasından başlayaraq Məhəmməd Hadi küçəsindən keçməklə Ukyrana dairəsinə qədər yürüş olacaq. Ukrayna dairəsində isə mitinq keçiriləcək. Aksiyada enerji daşıyıcılarının qiymətlərinin və kommunal xərclərin artırılmasına etiraz bildiriləcək.

Bu gün Müsavat başqanı İsa Qəmbər və başqan müavini Mehman Cavadoğlu AzTV-nin və İctimai Televiziyanın rəhbərliyinə müraciət ediblər. Müraciətdə martın 18-də keçiriləcək yürüş-mitinqin məqsədləri barədə əhaliyə ətraflı məlumat verilməsi üçün Müsavat Partiyası funksionerlərindən birinə efir vaxtı ayırmaq xahiş olunur.

Mediaforum

EkleBunu Sosyal Paylaşım Butonu

Tarih: 15:00, 3/17/2007 Kategori: Politika
Yorum yaz
Ən son xəbərlər


Kayıt Güncel Sayfa: Toplam:
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler