 |
 Hüseyn Abdullayev və Fəzail Ağamalı |
Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq ölkənin ali qanunverici orqanının zalında deputatlar arasında dava olub. Məclisin iclasında hökumətin hesabatı zamanı deputatlar arasında əlbəyaxa döyüş olub. Hökümətin hesabatına etiraz edən millət vəkili Hüseyn Abdullayevin sözünü spiker Oqtay Əsədov kəsdikdən sonra yerlərdən deputatlar da onun çıxışına etiraz ediblər...
Hesabata etiraz edən Abdullaev bildirib ki, bu sənəd xalqa və deputatlara qarşı təhqirdir. Onun fikrincə, hesabatda reallıq əks olunmur və o qəbul edilməməlidir.
Mübahisə Ana Vətən Partiyanın sədri, millət vəkili Fəzail Ağamalı ilə Hüseyn Abdullyaev arasında təhqir, söyüş və əlbəyaxa döyüşlə nəticələnib. Nəticədə, Ağamalı deputatlar Azay Quliyev və Məlahət Həsənovanın arasında stola yıxılıb. Digər deputatlar onları ayırdıqdan sonra Hüseyn Abdullayev zalı tərk edib.
Hadisə bütün telekanallar tərəfindən çəkilib...
Trend
|