www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


«MƏN YAXIN VAXTLARDA PARTLAYIŞ GÖZLƏYİRƏM»

«MƏN YAXIN VAXTLARDA PARTLAYIŞ GÖZLƏYİRƏM» Zəfər Quliyev: «İndi insanlar etiraz olaraq özlərini yandırırlar. Ancaq günlərin birində küçələrə çıxıb kütləvi surətdə mağazaları, maşınları, binaları yandıracaqlar»

   Qiymətlərin artırılmasına cəmiyyətdə ciddi reaksiya verilmədi. Amma bu o demək deyil ki, əhali bahalaşma ilə razılaşıb. Bəzi ekspertlər qiymət artımının təsirini camaatın bir müddət sonra tam hiss edəcəyini bildirirdilər. «Turan» informasiya agentliyinin eksperti Zəfər Quliyevin də qiymət artımından sonra baş verə biləcək proseslərlə bağlı öz izahatı var.

- Azərbaycan son dərəcə ağır bir dönəm yaşamaqdadır. İqtidarla xalq arasında uçurum son dərəcə kəskinləşib. Sizcə, son illərdə Azərbaycanda ən çox nə dəyişib?

- Parlament seçkilərindən sonrakı dövrü təhlil edəndə görürük ki, bütün sahələrdə mənfi tendensiyalar güclənib. İnhisarlaşma nəinki zəifləyib, əksinə inhisarçılar öz təsir dairələrini bir qədər də genişləndirib. Parlament seçkilərindən öncə İlham Əliyev iqtisadi islahatlar haqqında bəyanatlar verirdi, imitasiya xarakterli olsa da, hansısa addımlar atılırdı. İndi iqtisadi islahatlar bütünlüklə dayanıb. Heç bir islahat getmir. Eyni proseslər siyasətdə də yaşanır. Durum son dərəcə ağırlaşıb. Söz azadlığı ilə mübarizə daha kəskin xarakter alıb. Tarif Şurasının son bahalaşma qərarı da hakimiyyətin anti-xalq siyasətinin ən güclü formada davam etdirməsinin sübutudur.

EkleBunu Sosyal Paylaşım Butonu

Tarih: 20:47, 2/10/2007 Kategori: Musahibe
Yorum yaz
Ən son xəbərlər


Kayıt Güncel Sayfa: Toplam:
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler