«Biz bu günlərdə başa çatmış Macarıstan səfərimizdə bu ölkənin Vəkillər Kollegiyası ilə əməkdaşlıq məsələlərini müzakirə etdik, həm də Budapeştdə həbsdə yatan Ramil Səfərova baş çəkdik». Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev bu sözləri bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Macarıstanın Vəkillər Kollegiyasının rəhbərliyi ilə iki ölkənin eyni qurumları arasında əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və s. məsələlər müzakirə edilib və bu görüş hər iki tərəf üçün faydalı olacaq.
Azerbaijani Links Catalog