www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


"ITU" AZƏRBAYCANIN RABİTƏ PEYKİ BURAXMAQ BARƏD

Martın 20-dən etibarən Azərbaycanın rabitə peyki buraxılması barədə təklifi Beynəlxalq Telekommunikasiya Birliyinin (ITU – International Telecommunication Union) vasitəsilə dünya peyk şirkətləri arasında yayılacaq. Bu barədə məlumatı bazar ertəsi Rabitə və İnforamasiya Nazirliyinin Faliyyətin koordinasiya şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev bildirib.

“Bu çox mühüm məsələdir. Biz buna nail olduq ki, ITU bu təklifimizi qəbul etdi və bunu yaymağı öz öhtəsinə götürdü”,-deyə Q.Abdullayev qeyd edib.
Bundan sonara isə 4 ay ərzində şirkətlərlə danışıqlar aparılacaq və texniki məsələlər müzakirə olunacaq.
Mütəxəssisin sözlərinə görə işin tam nəticəsini isə 3-7 il ərzində görmək mümkün olacaq.
“Hazırda Nazirliyə bir çox şirkətlər tərəfindən bu layihədə iştirak etmək üçün müraciət olunub. Müvafiq olaraq bu təkliflərə baxılır”,-deyə nazirlik rəsmisi bildirib.
80-100 mln dollar dəyəri olan lahyihənin maliyyə mənbələri isə hələ ki, müəyyən olunmayıb. 2006-cı ildə Rabitə Nazirliyində keçirilmiş toplantıda peykin texniki göstəriciləri müzakirə olunub və yüngül ölçülü peykin hazırlanması məqsədəuyğun hesab olunub.

Trend

EkleBunu Sosyal Paylaşım Butonu

Tarih: 19:56, 3/5/2007 Kategori: Televiziya ve Radio
Yorum yaz
Ən son xəbərlər


Kayıt Güncel Sayfa: Toplam:
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler