Bu gün İranın Bəluçistan əyalətinin mərkəzi sayılan Zahidan şəhərinin Əhmədabad məntəqəsinin Sarəllah bulvarında Bakı vaxtı ilə səhər saat 7.07-də naməlum şəxs partlayıcı maddələrlə dolu avtomobilini İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus avtobusa yaxınlaşdıraraq onu partladıb.
Partlayış nəticəsində 18 nəfər SEPAH üzvü həlak olub. Kamikadze əməliyyatının kimlər tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.
Qeyd edək ki, İranın İSNA xəbər agentliyi yerli hərbçilərə istinadən hücumda iştirak edən şəxslərdən birinin tutulması barədə məlumat yayıb.
«Media forum»
|