İran gəmi əleyhinə uzaqmənzilli raketi sınaqdan çıxarıb. «Media forum» saytı İranın dövlət televiziyasına istinadən xəbər verir ki, 350 kilometr məsafəyədək gedib çata bilən, «yer-göy» tipli bu raketlərlə Fars körfəzində və Hörmüz boğazı yaxınlığında gəmiləri vurmaq olar.
Ekspertlərin fikrincə, yeni raketlər İranın dənizdən müdafiə imkanını qat-qat artırır. İndiyədək İran yalnız 100 kilometrə qədər uçan yaxınməzilli qanadlı raketlərə malik idi.
Sınaqdan çıxarılan yeni raketin sürəti, ölçüsü və texniki keyfiyyətləri açıqlanmır. «Media forum» saytının məlumatına görə, İranın dini rəhbəri ayətullah Əli Xamneyi bu gün Hərbi Hava Qüvvələrinin şəxsi heyəti qarşısında çıxış edib. O, ABŞ-a sərt mesaj göndərib: «Amerikanın İrana hücum edəcəyi barədə şayiələrdən qorxmaq lazım deyil, çünki ABŞ keçmişdə artıq İrana hücum edib. Bundan başqa, bizim düşmənlərimiz bilirlər ki, İran xalqının cavabı işğalçılara və onların bütün dünyadakı maraqlarına qarşı yönələcək».
mediaforum
|