Prezident İlham Əliyevin Sədrliyi ilə 2006-cı ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirənin keçirilməsi düvlət başçısının xalqın problemlərinə, onun sosial-iqtisadi təminatının yaxşılaşdırılmasına diqqətinin bariz nümunəsi oldu. Əhalinin sosial müdafiəsi gücləndirildi Qeyd edək ki, müşavirədən cəmi bir neçə saat sonra düvlət başçısının sərəncamı ilə 2007-ci il fevralın 1-dən büdcədən maliyyələşən təşkilatlarda çalışanların-sosial təminat, elm (Azərbaycan Milli Elmlər Akademiyası istisna olmaqla), mədəniyyət, idman, səhiyyə və təhsil sahələrində işləyənlərin əməkhaqları 25 faiz artırıldı.
Azerbaijani Links Catalog