www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


GÜNEY AZƏRBAYCANIN TANINMASI YOLUNDA İLK ADDIM

GÜNEY AZƏRBAYCANIN TANINMASI YOLUNDA İLK ADDIM Güney Azərbaycan xalqı UNPO-ya qəbul edildi

UNPO BMT-də təmsil olunmayan millətlər və xalqlar təşkilatıdır

   BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatının (UNPO) fevralın 1-i və 2-də Brüsseldə keçirilən toplantısında gündəlikdə olan əsas müzakirə mövzularından biri də Güney Azərbaycan xalqının bu beynəlxalq quruma üzvlüyü məsələsi olub.

Təşkilatın baş katibi Marino Bursdachin üzvlük üçün müraciət edən  Güney Azərbaycan barədə məlumat verib. O, Güney Azərbaycan Milli Oyanış Hərəkatının bu yöndəki ərizəsinin araşdırılması üçün 18 ay vaxt sərf edildiyini, xalqı təmsiletmə hüququ və səlahiyyəti üzrə həm Güney Azərbycanda, həm də xarici ölkələrdə ciddi araşdırılmalar aparıldığını deyib. UNPO nümayəndələri məsələnin araşdırılması üçün hətta Güney Azərbaycanda qeyri-rəsmi səfərdə olaraq məsələni yaxından öyrəniblər. Araşdırmalardan sonra BMT-də təmsil olunmayan Güney Azərbaycan xalqının bir millət olaraq UNPO-da təmsil olunmasının vacibliyi qeyd edilib.

2003-cü ildə Güney Azərbaycanın Kəleybər şəhərində - tarixi Babək qalasında keçirilən milli hərəkat tərəfdarlarının qurultayında on minlərlə iştirakçı tərəfindən qəbul edilərək yüksəldilən bayrağın Güney Azərbaycan millətini təmsil edən milli simvol - milli bayraq olması qərarı verilib.

Xatırladaq ki, UNPO-nun qurultayında 4 nəfərlik nümayəndə heyətinə GAMOH lideri Mahmudəli Çöhrəqanlı başçılıq edib.

gunazer.com

 

EkleBunu Sosyal Paylaşım Butonu

Tarih: 02:38, 2/3/2007 Kategori: Guney Azerbaycan
Yorum yaz
Ən son xəbərlər


Kayıt Güncel Sayfa: Toplam:
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler