Bu gün Güney Azərbaycanın Miyanə şəhərinin cümə imamı Hamidi naməlum şəxs tərəfindən bıçaqlanıb. Hamidi aldığı yaralar nəticəsində dünyasını dəyişib. Qatilin kim olduğu və cinayəti hansı məqsədlə törətdiyi hələlik bilinmir.
Qeyd edək ki, hər bir şəhərdə fəaliyyət göstərən cümə imamı həm də İranın dini rəhbəri ayətullah Əli Xamneyinin rəsmi nümayəndəsi sayılır. Cümə imamını Xamneyi özü təyin edir. Cümə imamı cümə günləri namaz təşkil edir və şəhərdəki bütün mollaların böyüyü sayılır.
«Media forum»
|