www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


GÜNEY AZƏRBAYCANDA HƏBSLƏR DAVAM EDİR. ŞƏBİS

Fevralın 12-də Güney Azərbaycanın Şəbistər şəhərində tələbə hərəkatının fəallarından olan Behnam Nurməhəmmədi həbs edilib.

Güney Azərbaycan mənbələrindən «Media forum»a verilən məlumata görə, dünən ETTELAAT-ın Şəbistər şəhər bölməsinin məmurları B. Nurməhəmmədinin atası evinə basqın ediblər və heç bir izahat vermədən milli fəalı tutaraq naməlum istiqamətə aparıblar. Urmiya Texniki Universitetinin tələbəsi olan B.Nurməhəmmədinin hazırda harada saxlanıldığı məlum deyil.

Güneyli mənbələrin məlumatına görə, fevralın 4-də Şəbistər şəhərində beynəlxalq ana dili günü münasibəti ilə yazılı vərəqələr yayarkən milli fəallar - Behzad Xorşidzadə, Pərviz Sultani və Qəhrəman Sultani ETTELAAT məmurları tərəfindən həbs ediliblər. Hadisənin üstündən 9 gün keçməsinə baxmayaraq, milli fəallar hələ də ETTELAAT-ın Şəbistar şəhər bölməsində saxlanılırlar.

Qeyd edək ki, milli fəallara qarşı hər hansısa ittihamların irəli sürülüb-sürülmədiyi barədə hələlik məlumat yoxdur.

 

«Media forum»

EkleBunu Sosyal Paylaşım Butonu

Tarih: 17:12, 2/13/2007 Kategori: Guney Azerbaycan
Yorum yaz
Ən son xəbərlər


Kayıt Güncel Sayfa: Toplam:
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler