“Ermənistan heç bir ilkin şərt irəli sürmədən Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır”-bunu Fransanın “Le Fiqaro” qəzetinə müsahibəsində Ermənistan prezidenti Robert Koçaryan bəyan edib. Koçaryan Dağlıq Qarabağ probleminə də toxunub: "Qarabağ heç bir vaxt müstəqil Azərbaycanın bir parçası olmayıb”.
Bununla belə, Koçaryan 1915-ci ildə Osmanlıda ermənilərin soyqırımı məsələsinin öyrənilməsi üçün tarixçilərdən ibarət müştərək komissiyasının yaradılması təklifini rədd edib. Bunun müqabilində Ermənistan prezidenti Ankaranı bu məsələlərin müzakirəsi üçün hökumətlərarası komissiya yaratmağa çağırıb: “İki tərəfli münasibətlərin normallaşması iki ölkə hökumətlərinin vəzifəsidir, tarixçilərin yox. Ona görə də biz heç bir ilkin şərt olmadan diplomatik münasibətlər qurmağa, hökumətlərarası komissiya yaratmağa və son dərəcə də prinsipial məsələ də daxil olmaqla bütün məsələləri müzakirə etməyə hazırıq”.
Azerbaijani Links Catalog