www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


ERMƏNİSTAN RUSİYADAN UZAQLAŞIR

ERMƏNİSTAN RUSİYADAN UZAQLAŞIR Oskanyanın bəyanatı Rusiyada narahatlıq doğurur

    Gürcüstan-Rusiya münasibətlərinin kəskin pisləşməsi və Moskva ilə Minsk arasında neft-qaz münaqişəsinin yaranması fonunda Rusiyanın Qafqazda ənənəvi müttəfiqi sayılan Ermənistan da Kremlin rəqibləri ilə «roman» barədə fikirləşir. Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu günlərdə bəyanatla çıxış edərək bildirib ki, İrəvan tikintisi qaz hasil edən ölkələrin Rusiyadan tranzit asılılığını zəiflətmək məqsədi güdən Transxəzər qaz kəmərinə qoşulmaq planını nəzərdən keçirir.

Parlamentdə çıxış edən nazir deyib: «Biz hazırda Rusiya qazı alırıq, yaxın vaxtlarda İran qazı alacağıq. Bundan əlavə, Transxəzər qaz kəməri vasitəsilə Orta Asiyadan qaz almaq üçün müraciət etməyi planlaşdırırıq. Enerji daşıyıcılarının Ermənistana daxil olmasının diverfikasiyası vacib əhəmiyyət daşıyır və biz bu məsələni bütün mümkün vasitələrlə həll etməyə çalışacağıq». Bu, xarici işlər nazirinin ilk belə bəyanatı deyil. Oskanyan bir il əvvəl də Transxəzər qaz kəmərinin tikintisinə qoşulmaq arzusunu dilə gətirmişdi.

EkleBunu Sosyal Paylaşım Butonu

Tarih: 02:18, 2/13/2007 Kategori: Dunya
Yorum yaz
Ən son xəbərlər


Kayıt Güncel Sayfa: Toplam:
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler