www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


BİLL GATES AZƏRBAYCANI BİR NÖMRƏLİ TƏRƏFDAŞ

Prezident İlham Əliyev Davosda iqtisadi forumda iştirak çərçivəsində yanvarın 26-da Microsoft şirkətinin prezidenti Bill Qeyts ilə görüşüb.

İlham Əliyev Bill Gatese Azərbaycanın iqtisadi siyasətinin istiqamətləri haqqında məlumat verərək, qeyd edib ki, əsas məqsəd neftdən gələn gəlirlərdən istifadə edərək, yeni iqtisadiyyatın qurulmasıdır. Dövlət başçısının sözlərinə görə, yüksək texnologiyalara əsaslanan sektorların yaradılması dövlət üçün başlıca məsələlərdən biridir. Prezident qeyd edib ki, Azərbaycanda xarici investorların yüksək texnologiyalar sahəsində fəaliyyəti üçün əlverişli şərait yaradılıb və əlavə edib ki, başlıca məqsəd - 10-15 ildən sonra bu sahədən əldə olunan gəlirləri neftdən gələn gəlirlərlə bərabərləşdirmək, neftdən asılılığı azaltmaqdır.
Bill Gates Azərbaycan Prezidentinin bu fikirlərini dəstəklədiyini və yüksək dəyərləndirdiyini, ölkəmizin iqtisadi inkişafı ilə maraqlandığını söyləyib. "Microsoft" şirkətinin başçısı informasiya texnologiyaları sahəsinə sərmayə qoymağa və bu sahədə sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
"Biz Azərbaycanın bir nömrəli tərəfdaşı ola bilərik", - deyə o bildirib və Azərbaycana səfər etmək arzusunda olduğunu da qeyd edib.

Trend

EkleBunu Sosyal Paylaşım Butonu

Tarih: 19:34, 1/26/2007 Kategori: Iqtisadiyyat
Yorum yaz
Ən son xəbərlər


Kayıt Güncel Sayfa: Toplam:
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler