www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


AZƏRBAYCANLI ALİM XƏRÇƏNG HÜCEYRƏLƏRİNİ

Bu günlərdə Azərbaycan tibb elmində böyük nailiyyət qazanılıb. Azərbaycanlı gənc alim Vuqar Yaqublu xərçəng hüceyrələrinin ölümünü təyin edən biosensor icad edib. Vüqar Yaqublu fevralın 17-də Almaniyanın Heidelberg Universitetinin Elmi Şurasının qərarı ilə tibb doktoru elmi dərəcəsinə layiq görülüb.

Azərbaycanlı həkim Vüqar Yaqublu və alman həkimi Dr. Keese Michael tərəfindən xərçəng hüceyrələrinin proqramlaşdırılmış ölümünün (Apoptozun) canlı orqanizmlərdə təyin edilməsini mümkün edən biosensor yaradılmış ve uğurla sınaqdan keçirilib.
Hazırlanmış biosensor imkan verir ki, yeni dərman maddələrinin effektivliyi sınaqdan keçirilsin, eyni zamanda xərçəng hüceyrələrində dərmanlara qarşı yaranan reziztentliyin mexanizmi öyrənilsin. Gələcəkdə bu sensor xərçəng əleyhinə müalicə alan insanlar üçün individual mualicə taktikasının işlənib hazırlanmasında da tətbiq edilə biləcək.
Bu kəşfə görə Vüqar Yaqublu fevralın 17-də Almaniyanın Heidelberg Universitetinin Elmi Şurasının qərarı ilə tibb doktoru elmi dərəcəsinə layiq görülmüş və diplomla təltif edilib.
Qeyd etmək lazımdır ki, Heidelberg Universitet Klinikası dünyanın ən nüfuzlu tibb ocaqlarından biridir.

xxeber

EkleBunu Sosyal Paylaşım Butonu

Tarih: 20:21, 2/19/2007 Kategori: Xeberler
Yorum yaz
Ən son xəbərlər


Kayıt Güncel Sayfa: Toplam:
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler