Dünya Bankının proqnozlarına əsasən, 2007-2008-ci illərdə qeyri-neft fiskal kəsir 40%-i ötməklə zirvəsinə çatacaq və bundan sonra tədricən azalacaq. Bunun nəticəsində Neft Fondunun aktivləri 2010-cu ildə 35 mlrd. ABŞ dollarına çatacaq. Bankın ekspertləri hesab edir ki, cari strategiya qeyri-neft sektorunun «izafi qızması» riskinə malik olduğundan, eləcə də digər ölkələrin təcrübəsinin göstərdiyi kimi, «Holland sindromu» və «resurs lənəti» riski kifayət qədər yüksəkdir. Yaxın iki ildə inflyasiya tempinin illik 17%-ə çatacağı gözlənilir.
|