Fevralın 7-də Azərbaycanın futbol üzrə milli komandası səfərdə Özbəkistan yığmasıyla yoldaşlıq matçı keçirib. Özbəkistanın Karş şəhərində keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Bu matç Azərbaycan yığmasının özbəklərlə indiyəcən keçirdiyi 6-cı oyundur. Bu qarşıdaşma da daxil olmaqla yığma komandamız matçların 3-də qalib gəlib, 2-də uduzub, 1-də isə heç-heçə edib. Qarşılaşmanı yerli FİFA referiləri idarə ediblər. Baş hakim funksiyasını Rövşən İrmatov yerinə yetirib. Əsas referinin köməkçiləri isə Əbdülhəmid Rəsulov və Davan Şakirbəyov olub. Dördüncü hakim Marat İsmayılov idi.
Azerbaijani Links Catalog