www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


AZƏRBAYCAN 20 YANVARI ANIR

Bakıda minlərlə insan Şəhidlər Xiyabanına gələrək 1990-cı il Yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğının qurbanlarını yad edir. Ziyarət mərasimi gecə saatlarına qədər davam edəcək...Polis müvafiq yerlərdə geniş təhlükəsizlik tədbirləri alıb...

Yanvarın 19-da qısamüddətli məzuniyyətdən qayıdan prezident İlham Əliyev də Şəhidlər Xiyabanını ziyarət edib. Dövlət başçısı burada xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, dini icmaların başçılarının başsağlığını qəbul edib.

Paytaxt Bakı, başqa rayon və şəhərlərin sakinləri, eləcə də xarici ölkələrdən gəlmiş qonaqların Şəhidlər Xiyabanını ziyarəti davam edir.

Xatırladaq ki. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində 132 nəfər qətlə yetirilib, 600-dən çox adam yaralanıb, 800-dən artıq adam isə həbs edilib.

www.xxeber.com

EkleBunu Sosyal Paylaşım Butonu

Tarih: 19:11, 1/20/2007 Kategori: Cemiyyet
Yorum yaz
Ən son xəbərlər


Kayıt Güncel Sayfa: Toplam:
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler