Respublika Prokurorluğu «Barmek» prezidentinə qarşı rəsmi ittiham irəli sürüb
«Barmek»lə Azərbaycan hakimiyyəti arasında qarşıdurma yaranandan bəri şirkətin prezidenti Hüseyn Arabul Türkiyəyə getmək istəyərkən dəfələrlə hava limanından geri qaytarılıb. Qadağa bir ildən çoxdur davam etsə də, indiyədək hüquq-mühafizə orqanları bunu rəsmiləşdirmirdi. Artıq belə qadağa rəsmiləşdirilib. Belə ki, yanvarın 29-da Respublika Prokurorluğuna dəvət olunan H.Arabuldan Azərbaycandan kənara çıxmaması barədə iltizam alınıb. Amma bu sənəddə mətbuatda yazıldığı kimi, onun ev dustağı edilməsi ilə bağlı müddəa yoxdur.
Azerbaijani Links Catalog