Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, “ANS-ə lisenziya verilməsi ilə bağlı Teleradio Şurasının üzvləri arasında yekdil fikir yoxdur.”
ANS televiziyası və ANS ÇM radiosunun tezliyi üzrə elan olunan tenderin nəticələri ilə bağlı iclas bu ayın sonunda keçiriləcək. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, iclasa ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev də dəvət olunacaq. Sədr qedy edib ki, şura üzvləri arasında ANS-ə münasibət birmənalı deyil. Şirkətə lisenziyanın verilib-verilməməsi ilə bağlı yekdil fikir yoxdur. Qeyd edək ki, tenderin nəticələri fevralın 5-dək açıqlanmalıdır.
www.xxeber.com
|