www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


ANKARADA TƏHSİL ALAN GÜNEYLİ TƏLƏBƏLƏRL

Fevralın 4-də Ankarada «İran Azərbaycanının qadınları» adlı sərgi açılıb. Mərasim Türkiyədə təhsil alan güneyli tələbələrlə İranın bu ölkədəki səfiri Baqiri və İslami Şura Məclisindəki təbrizli deputat İşrət Şaiq arasında qızğın mübahisəylə yadda qalıb. «Media forum» saytının əldə etdiyi məlumata görə, tələbələr səfirə və deputata Güney Azərbaycan siyasi məhbuslarının hüquqlarının pozulması ilə bağlı etiraz ediblər.

Tələbələr 2006-cı ilin may-iyun aylarında azərbaycanlıların etiraz aksiyalarında minlərlə nümayişçinin tutulmasını və onlarla günahsız insanın qətlə yetirilməsini, habelə Ərdəbil zindanında saxlanılan Abbas Lisaninin acınacaqlı vəziyyətini xatırladaraq İ.Şaiqi deputat kimi bütün bunlara göz yummaqda günahlandırıblar. İ.Şaiq verdiyi izahla hamını heyrətə salıb və hiddətləndirib: «Karikatura məsələsi ilə bağlı Təbrizdə keçirilən etiraz nümayişlərində mən özüm də olmuşam. Nümayişçilərin sayı bir neçə yüz nəfəriydi. Orada başqa heç nə baş verməyib. Sizin internet saytlarında gördüyünüz şəkillər saxtadır. Bu şəkillər sizləri aldadıb!»

EkleBunu Sosyal Paylaşım Butonu

Tarih: 21:23, 2/5/2007 Kategori: Guney Azerbaycan
Yorum yaz
Ən son xəbərlər


Kayıt Güncel Sayfa: Toplam:
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler