Beynəlxalq Ana Dili günü ərəfəsində Güney Azərbaycanda milli fəallara qarşı təzyiqlər artmaqdadır. Güney Azərbaycandakı mənbələrdən «Media forum»a verilən məlumata görə, fevralın 14-də ETTELAAT-ın Əhər şəhər şöbəsi 100-ə yaxın tanınmış milli fəalın evinə zəng edərək onları ETTELAAT-a çağırıb.
ETELLAAT-ın yerli şöbəsində milli fəallara bildiriblər ki, heç kəs fevralın 16-dan sonra Əhərdən Təbrizə və ya Ərdəbilə gedə bilməz. Milli fəallardan fevralın 21-də, Beynəlxalq Ana Dili günündə evdə oturacaqları və ana dili günü keçiriləcək tədbirlərdə iştirak etməyəcəkləri barədə yazılı izahat alınıb.
Məlumatda o da bildirilir ki, izahat yazmaqdan imtina edən bir qrup fəal, o cümlədən Saleh Molla Abbasi həbs ediliblər. Tutulanların taleyi ilə bağlı hələlik heç bir məlumat yoxdur.
mediaforum
|