Azərbaycan öz nümayəndə heyətini Vaşinqtona göndərməkdən imtina etdi
ABŞ-Azərbaycan arasında münasibətlərində son günlər bir gərginlik yaşanmaqdadır. Buna səbəb isə Dövlət Departamentinin fəaliyyəti göstərilir. Xatırladaq ki, ABŞ Dövlət Departamentinin insan hüquqlarının vəziyyətinə dair 2006-cı il üzrə məruzəsinin ilkin variantında Ermənistanın Dağlıq Qarabağı və Azərbaycanın yeddi rayonunu işğal etdiyi bildirilsə də, sonradan erməni lobbisinin müraciəti əsasında sənədə dəyişiklik edilib, həmin fikir «erməni hərbi qüvvələri Dağlıq Qarabağa bitişik Azərbaycan ərazisinin böyük hissəsini işğalda saxlayır» kimi verilib.
Hesabata erməni lobbisinin səyi nəticəsində belə bir dəyişikliyin edilməsini rəsmi Bakı birmənalı qarşılamayıb. Azərbaycan XİN məsələ ilə bağlı bəyanat verərək hesabatdakı dəyişikliklərin müqabilində nümayəndə heyətinin səfərinin təxirə salındığını bəyan edib.
Azerbaijani Links Catalog