Fevralın 11-də Amerikanın İraqdakı hərbi komandanlığı İranda düzəldildiyi güman olunan bir neçə bombanın qalıqlarını xarici jurnalistlərə nümayiş etdirib. «Röyters»in məlumatına görə, ABŞ qüvvələrinin yüksək rütbəli komandanları yollarda quraşdırılan və hərbi maşınları partlatmaq üçün istifadə olunan «İ.F.P» bombalarının İranda istehsal edilidyini və gizli yollarla İraq üsyançılarına çatdırıldığını bildiriblər.
Amerika hərbçilərinin fikrincə, bu bombalar və digər hərbi silahlar İranda istehsal olunub və İran rəhbərliyinin rəsmi tapşırığı ilə İraqa göndərilib. Amerikalılar iddia edirlər ki, İran İraqdakı silahlı üsyançılara hərbi təlim keçib və onlara müxtəlif bombaların hazırlanması yollarını öyrədib. Bildirildiyinə görə, İranın İraqa verdiyi sillahlar 620 nəfər ABŞ hərbçisinin yaralanmasına, 170 nəfərin isə ölümünə səbəb olub.
Azerbaijani Links Catalog