Təkcə bazarda qiymətlər dəyişmədi, siyasətdə də qiymətlər dəyişir. Maraqlıdır ki, bunu öncə YAP-çılar başa düşdü. Hakim partiyanın sözçüləri qiymətlərin bahalaşmasına etirazların ilk dalğasında ciddi tərəddüd yaşadılar və narahat oldular: “Müxalifət fürsətdən istifadə edir”.
İstifadə edilməli fürsətin adı isə sadədir: xalqın narazılığı.
Mən bilirəm ki, toxun acdan xəbəri olmur və İlham Əliyev aclardan xəbəri olmayacaq dərəcədə tox olanlardandır. Amma YAP-da da aclardan xəbəri olanlar vardı. Onlar anladılar ki, bu narazılıq acları dəyişə bilər.
Aclar da dəyişir.
Azerbaijani Links Catalog