Fevralın 1-dən 7 gündəlik qəzet satış qiymətini 10 qəpik artırıb. Qiyməti qalxan qəzetlər bunlardır: "Yeni Müsavat", "Azadlıq", "Gündəlik Azərbaycan", "Bizim yol", "24 saat", "Ekspress" və "Şərq".
Həmin qəzetlər artıq 30 qəpiyə satılır. Bu qəzetlərin əvvəlki qiyməti isə 20 qəpik idi. İndiyədək "Exo", "Ayna" və "Zerkalo" və "Realnıy Azerbaydjan" qəzetləri satış qiymətini artırmışdı. Ən bahalı gündəlik qəzet isə "Bakı-xəbər"-dir - 40 qəpik.
xxeber |