
www.sonxeber.tk
Bağlantılarım
*
*
• Blog RSS
• Canlı TV İzle
Kategoriler
|
2008-İLDƏN TELEKANALLARDAKI BÜTÜN FİLMLƏR YALNIZ AZ
Milli Televiziya və Radio Şurasının martın 14-də keçirilən iclasında əcnəbi filmlərin Azərbaycan dilinə dublyaj edilərək nümayiş olunması ilə bağlı teleradio yayımçıları qarşısında duran vəzifələr müzakirə olunub.
Şuranın qəbul etdiyi qərara əsasən gələn il yanvarın 1-dən ölkə ərazisində təşkilatı-hüququ formasından asılı olmayaraq bütün telekanallarda bədii, sənədli, cizgi filmləri və sairə yalnız Azərbaycan dilində yayımlanacaq. Türkiyə türkcəsində film və seriallar isə qərarın əhatəsinə daxil edilməyib.
xxeber |
Tarih: 02:44, 3/16/2007 Kategori: Televiziya ve Radio |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
"ITU" AZƏRBAYCANIN RABİTƏ PEYKİ BURAXMAQ BARƏD
Martın 20-dən etibarən Azərbaycanın rabitə peyki buraxılması barədə təklifi Beynəlxalq Telekommunikasiya Birliyinin (ITU – International Telecommunication Union) vasitəsilə dünya peyk şirkətləri arasında yayılacaq. Bu barədə məlumatı bazar ertəsi Rabitə və İnforamasiya Nazirliyinin Faliyyətin koordinasiya şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev bildirib.
“Bu çox mühüm məsələdir. Biz buna nail olduq ki, ITU bu təklifimizi qəbul etdi və bunu yaymağı öz öhtəsinə götürdü”,-deyə Q.Abdullayev qeyd edib. Bundan sonara isə 4 ay ərzində şirkətlərlə danışıqlar aparılacaq və texniki məsələlər müzakirə olunacaq. Mütəxəssisin sözlərinə görə işin tam nəticəsini isə 3-7 il ərzində görmək mümkün olacaq. “Hazırda Nazirliyə bir çox şirkətlər tərəfindən bu layihədə iştirak etmək üçün müraciət olunub. Müvafiq olaraq bu təkliflərə baxılır”,-deyə nazirlik rəsmisi bildirib. 80-100 mln dollar dəyəri olan lahyihənin maliyyə mənbələri isə hələ ki, müəyyən olunmayıb. 2006-cı ildə Rabitə Nazirliyində keçirilmiş toplantıda peykin texniki göstəriciləri müzakirə olunub və yüngül ölçülü peykin hazırlanması məqsədəuyğun hesab olunub.
Trend |
Tarih: 19:56, 3/5/2007 Kategori: Televiziya ve Radio |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
"REMBO" AVSTRALİYADA SAXLANILIB
Hollivudun məşhur aktyorlarından Silvester Stalone Avstraliyanın Sidney şəhərindəki hava limanında gömrük işçiləri tərəfindən saxlanılıb.
Avstraliya mətbuatının yazdığına görə gömrükçülər saxladıqları Stalone və onunla birlikdə olan şəxslərin bütün əşyalarını götürüblər. Səbəb isə onların əşyaları lazer yoxlamasından keçərkən çantalarında qadağan olunmuş əşyaların yer alması olub. Nə olduğu açıqlanmayan bu mallar onlardan alınıb. Avstraliya Gömrük Xidmətinin Axtarış üçrə müdiri Riçard Janeczko deyib ki, həmin əşyalar əllərindən alındıqdan sonra Stalone və dostları azad ediliblər. Qeyd edək ki, Stalone Avstraliyaya "Roky Balboa" adlı yeni ilminin təqdimat mərasimində iştirak etmək üçün gəlirmiş.
xxeber |
Tarih: 23:49, 2/17/2007 Kategori: Televiziya ve Radio |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
"QURDLAR VADİSİ-TERROR"UN YAYIMI DAYANDIRILDI
|
ƏVVƏLKİ TENDERİN NƏTİCƏLƏRİ LƏĞV O
|
"KURTLAR VADİSİ - TERROR" BU GÜN BAŞLAYIR
|
Türkiyənin Show TV telekanalında yayımlanacaq yeni serialda Polad Alemdar bu dəfə PKK ilə mübarizə aparacaq. Serialın ilk bölümü bu axşam efirə gedəcək.
Azərbaycanda da maraqla izlənən "Kurtlar Vadisi"-nin növbəti serialının rejissoru Sadullah Şentürkdür. Serialın baş rol komandası Necati Şaşmaz, Gürkan Uygun, Kenan Çoban ve Erhan Ufak olacaq. Serialın ssenarii xətti isə belədir: "Polad Alemdar vəfat edən sevgilisi Elifin qəbrini ziyrət edərkən ağlayan bir ana görür. Yaşlı qadından övladının şəhid olub-olmadığını soruşanda cavabında qadın ona "İki oğlum var idi biri şəhit oldu, digəri isə dağda öldü. İndi də bir qızım kalıb. PKK indi də onu istəyir. Onu xilas edin" deyir. Bundan sonra isə Polad şəhid anasının arzusunu yerinə yetirmək üçün terrorla mübarizəyə başlayır.
xxeber | |
Tarih: 13:34, 2/8/2007 Kategori: Televiziya ve Radio |
Yorum (7) | Yorum yaz | Bağlantı |
|
İRANIN TELEVİZİYA VƏ RADİO TƏŞKİLATININ SƏDRİ İZZ
|
“20 YANVAR” TRT-DƏ
TRT-nin “Qafqazlardan əsən yellər” proqramının bu dəfə ki, buraxılışı 20 Yanvar faciəsinə həsr olunub. Proqram yanvarın 26-da Bakı vaxtı ilə 08.00-da TRT-İNT, 17.30-da TRT-TÜRK kanalında efirə çıxacaq. Yarım saatlıq proqramın prodüsseri Raşid Dəmirtaşdır.
Proqramda hadisənin səbəbləri, nəticələri, vətən uğrunda şəhid olanlar barədə geniş məlumatlara yer ayrılıb. Bundan başqa, proqramda xalq Anardan müsahibə yayımlanacaq, Azərbaycan sazı tanıdılacaq.
www.xxeber.com |
Tarih: 23:46, 1/25/2007 Kategori: Televiziya ve Radio |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
ANS-İN TEZLİYİ ÜÇÜN YENİDƏN MÜSABİQƏ?
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, "Satınalmalar haqqında" qanunun tələbinə əsasən, müsabiqəyə yalnız bir iddiaçı qatıldığından ANS TV və ANS ÇM radiosunun tezliklərinə elan olunmuş müsabiqənin nəticələri ləğv oluna bilər: "Qanuna əsasən, müsabiqədə ən az üç iddiaçı iştirak etməlidir, əks halda, onun nəticələri ləğv olunmalı, yeni müsabiqə elan edilməlidir".
O qeyd edib ki, "Teleradio yayımı haqqında" qanunla bərabər, Şura tender haqqında qanunu da müzakirə edir. Tenderlə bağlı qanunun tələblərinə görə, televiziya tezliklərinə müsabiqədə ən azı 3 hüquqi və ya fiziki şəxs iştirak etməlidir. |
Tarih: 18:25, 1/24/2007 Kategori: Televiziya ve Radio |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
ANS-Ə LİSENZİYA VERİLMƏYƏ BİLƏR
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, “ANS-ə lisenziya verilməsi ilə bağlı Teleradio Şurasının üzvləri arasında yekdil fikir yoxdur.”
ANS televiziyası və ANS ÇM radiosunun tezliyi üzrə elan olunan tenderin nəticələri ilə bağlı iclas bu ayın sonunda keçiriləcək. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, iclasa ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev də dəvət olunacaq. Sədr qedy edib ki, şura üzvləri arasında ANS-ə münasibət birmənalı deyil. Şirkətə lisenziyanın verilib-verilməməsi ilə bağlı yekdil fikir yoxdur. Qeyd edək ki, tenderin nəticələri fevralın 5-dək açıqlanmalıdır.
www.xxeber.com |
Tarih: 01:12, 1/24/2007 Kategori: Televiziya ve Radio |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
|
Ən son xəbərlər
|