
www.sonxeber.tk
Bağlantılarım
*
*
• Blog RSS
• Canlı TV İzle
Kategoriler
|
Kurtlar vadisi ve Cümhurbaşkanı
|
AKP-NİN PREZİDENTLİYƏ NAMİZƏDİ ABDULLAH GÜLDÜR
|
ABŞ-LA AZƏRBAYCAN ARASINDA SOYUQ MÜHARİBƏ BAŞLAYIR
|
HÜSEYN ABDULLAYEVİN TOXUNULMAZLIĞI LƏĞV EDİLDİ
|
MÜSAVATIN 18 MART YÜRÜŞ-MİTİNQİNƏ İCAZƏ VERİLDİ
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına martın 18-də yürüş-mitinq keçirməyə icazə verib.
Partiyanın mətbuat xidmətindən «Media forum»a bildiriblər ki, aksiya saat 15.00-dan 17.00-dək keçiriləcək. Metronun «Həzi Aslanov» stansiyasından başlayaraq Məhəmməd Hadi küçəsindən keçməklə Ukyrana dairəsinə qədər yürüş olacaq. Ukrayna dairəsində isə mitinq keçiriləcək. Aksiyada enerji daşıyıcılarının qiymətlərinin və kommunal xərclərin artırılmasına etiraz bildiriləcək.
Bu gün Müsavat başqanı İsa Qəmbər və başqan müavini Mehman Cavadoğlu AzTV-nin və İctimai Televiziyanın rəhbərliyinə müraciət ediblər. Müraciətdə martın 18-də keçiriləcək yürüş-mitinqin məqsədləri barədə əhaliyə ətraflı məlumat verilməsi üçün Müsavat Partiyası funksionerlərindən birinə efir vaxtı ayırmaq xahiş olunur.
Mediaforum |
Tarih: 15:00, 3/17/2007 Kategori: Politika |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
YAP SİRUS TƏRBİZLİNİ CƏZALANDIRACAQ
YAP Sirus Tərbizlini cəzalandıracaq
Onun məsələsi partiyanın İdarə Heyətində müzakirə olunacaq
YAP icra katibinin müavini Səyavuş Novruzov martın 16-da jurnalistlərə bildirib ki, partiyanın sədr müavini Sirus Təbrizlinin məsələsi partiyanın İdarə Heyətində müzakirə olunacaq və onun haqqında ölçü götürüləcək. Novruzov qeyd edib ki, Təbrizlinin YAP icra katibi Əli Əhmədov və prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyev haqqında səsləndirdiyi fikirlər böhtan xarakteri daşıyır: «Əli Əhmədov YAP-ın qızıl fondu sayılan «91»lərdən biridir. 1992-ci ildən partiyanın üzvüdür. Hazırda icra katibi kimi vəzifəsini davam etdirir». Novruzov onu da bildirib ki, hakim partiyanın daxilində Ə.Əhmədovla bağlı heç bir narazılıq yoxdur. Ramiz Mehdiyevə gəldikdə isə, S.Novruzov deyib ki, o, prezidentin icra aparatının rəhbəri kimi, üzərinə düşən vəzifəni layiqincə yeriniə yetirir və prezident ona etimad göstərir
Trend |
Tarih: 20:28, 3/16/2007 Kategori: Politika |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
MİLLİ MƏCLİSDƏ DEPUTATLAR ARASINDA ƏLВƏ
 |
 Hüseyn Abdullayev və Fəzail Ağamalı |
Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq ölkənin ali qanunverici orqanının zalında deputatlar arasında dava olub. Məclisin iclasında hökumətin hesabatı zamanı deputatlar arasında əlbəyaxa döyüş olub. Hökümətin hesabatına etiraz edən millət vəkili Hüseyn Abdullayevin sözünü spiker Oqtay Əsədov kəsdikdən sonra yerlərdən deputatlar da onun çıxışına etiraz ediblər...
Hesabata etiraz edən Abdullaev bildirib ki, bu sənəd xalqa və deputatlara qarşı təhqirdir. Onun fikrincə, hesabatda reallıq əks olunmur və o qəbul edilməməlidir.
Mübahisə Ana Vətən Partiyanın sədri, millət vəkili Fəzail Ağamalı ilə Hüseyn Abdullyaev arasında təhqir, söyüş və əlbəyaxa döyüşlə nəticələnib. Nəticədə, Ağamalı deputatlar Azay Quliyev və Məlahət Həsənovanın arasında stola yıxılıb. Digər deputatlar onları ayırdıqdan sonra Hüseyn Abdullayev zalı tərk edib.
Hadisə bütün telekanallar tərəfindən çəkilib...
Trend |
Tarih: 19:29, 3/16/2007 Kategori: Politika |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
SİRUS TƏBRİZLİ HAKİMİYYƏTİ ÇALXALADI
Yap sədrinin müavini xalqın zillət içində olduğunu söylədi
Dünən Atatürk Mərkəzində deputat Elmira Axundovanın «Şüşə saray» kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə tanınmış sənət adlamları, qəzet redaktorları ilə bərabər YAP-çı deputatlar da iştirak edib. Amma təqdimat mərasiminin özəlliyi sabiq deputat, YAP-ın sədr müavini Sirus Təbrizlinin çıxışı olub.
S.Təbrizlinin çıxışındakı inqilabçı pafos, özünəməxsus ritorika salonu öz təsir dairəsinə saldı. Sabiq millət vəkilinin çıxışı tədbirə qatılan əksər YAP-çı və hakimiyyəti dəstəkləyən deputatların tədbiri yarımçıq tərk etmələri ilə nəticələndi. Bu sırada Fəzail Ağamalı, Aqil Abbas, Məlahət Həsənova, Nizami Cəfərov və digərləri olub.
Tədbirin aparıcısı Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Hicran Hüseynovanın narahatçılığı isə xüsusilə seçilirdi.
Sirus Təbrizlinin şok yaradan gözlənilməz çıxışının tam mətnini toxunmadan dərc edirik. Sirus Təbrizli ilk öncə üzünü Elmira Axundovaya tutub bildirdi ki, sizin sözünüzlə əməliniz həmişə üst-üstə düşüb, həmişə Azərbaycan xalqını sevmisiniz: |
Tarih: 03:39, 3/16/2007 Kategori: Politika |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
EDUARD ŞEVARDNADZE: "ERMƏNISTAN AZƏRBAYCANLA HESABLAŞM
|
|
Ən son xəbərlər
|