www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


"AZƏRBAYCANDA DEMOKRATİYA OLMASAYDI, ABŞ-LA İQTİSADİ Ə


Tarih: 14:42, 2/12/2007 Kategori: Musahibe
Yorum (yok) | Yorum yaz | Bağlantı

«MƏN YAXIN VAXTLARDA PARTLAYIŞ GÖZLƏYİRƏM»

«MƏN YAXIN VAXTLARDA PARTLAYIŞ GÖZLƏYİRƏM» Zəfər Quliyev: «İndi insanlar etiraz olaraq özlərini yandırırlar. Ancaq günlərin birində küçələrə çıxıb kütləvi surətdə mağazaları, maşınları, binaları yandıracaqlar»

   Qiymətlərin artırılmasına cəmiyyətdə ciddi reaksiya verilmədi. Amma bu o demək deyil ki, əhali bahalaşma ilə razılaşıb. Bəzi ekspertlər qiymət artımının təsirini camaatın bir müddət sonra tam hiss edəcəyini bildirirdilər. «Turan» informasiya agentliyinin eksperti Zəfər Quliyevin də qiymət artımından sonra baş verə biləcək proseslərlə bağlı öz izahatı var.

- Azərbaycan son dərəcə ağır bir dönəm yaşamaqdadır. İqtidarla xalq arasında uçurum son dərəcə kəskinləşib. Sizcə, son illərdə Azərbaycanda ən çox nə dəyişib?

- Parlament seçkilərindən sonrakı dövrü təhlil edəndə görürük ki, bütün sahələrdə mənfi tendensiyalar güclənib. İnhisarlaşma nəinki zəifləyib, əksinə inhisarçılar öz təsir dairələrini bir qədər də genişləndirib. Parlament seçkilərindən öncə İlham Əliyev iqtisadi islahatlar haqqında bəyanatlar verirdi, imitasiya xarakterli olsa da, hansısa addımlar atılırdı. İndi iqtisadi islahatlar bütünlüklə dayanıb. Heç bir islahat getmir. Eyni proseslər siyasətdə də yaşanır. Durum son dərəcə ağırlaşıb. Söz azadlığı ilə mübarizə daha kəskin xarakter alıb. Tarif Şurasının son bahalaşma qərarı da hakimiyyətin anti-xalq siyasətinin ən güclü formada davam etdirməsinin sübutudur.


Tarih: 20:47, 2/10/2007 Kategori: Musahibe
Yorum (yok) | Yorum yaz | Bağlantı

“MƏNƏ TƏZYİQLƏR VİLLALARDAN PUL TƏ

Hüseyn Arabul: «Barmek»lə problem məmurların çözə biləcəyi iş deyil, bunu yalnız prezident həll edə bilər»
Hökumətlə “Barmek” şirkəti arasında mübahisə hələ də həll olunmamış qalıb. Dünən isə xəbər yayıldı ki, artıq şirkətin prezidenti Hüseyn Arabulun ölkədən çıxmasına rəsmən qadağa qoyulub. Onun görüşümüz də elə bu zərurətdən yarandı. Fürsətdən istifadə edib Hüseyn bəyin enerji haqlarının bahalaşmasına da münasibətini öyrəndik.
- “Barmek”lə Azərbaycan hökuməti arasındakı mübahisə nə yerdədir? Anlaşa bilmisinizmi?
- Hökumətlə “Barmek” arasında bağlanmış müqavilə var və həmin müqavilədə də konkret şərtlər nəzərdə tutulub. Tərəflərdən hər hansı biri müqavilənin şərtləri pozarsa, bu halda hansı addımların atılması məsələsi də öz əksini tapıb. Həmin müqavilənin şərtlərindən çıxış edərək addımlar atılır. Mən yalnız onu deyə bilərəm ki, biz müqavilənin şərtlərinə, Azərbaycan qanunlarına və etik dəyərlərə yüz faiz hörmət edirik.


Tarih: 03:19, 2/8/2007 Kategori: Musahibe
Yorum (yok) | Yorum yaz | Bağlantı

“İNDİYƏDƏK RUSİYA İLƏ MÜNASİBƏTLƏ

“İNDİYƏDƏK RUSİYA İLƏ MÜNASİBƏTLƏR ZİRVƏYƏ DOĞRU GEDİRDİ” Polad Bülbüloğlu: “Amma keçən ilin sonunda qaz problemi, qiymət problemi meydana çıxdı”

    Qəzetimizin əməkdaşı Moskvadan qayıdıb. Bir qrup yerli jurnalist burada Rusiyadakı səfirimiz Polad Bülbüloğlu ilə görüşüb. Əməkdaşımızın səfirlə müsahibəsi ilk öncə azərbaycanlıların Rusiyadakı son durumu ilə bağlıdır. Səfir ilk olaraq soydaşlarımızın deportasiya problemləri yarandıqdan sonra necə fəaliyyət göstərmələri haqda danışdı.

- Mən rəsmi surətdə deyə bilərəm ki, faciəli, fövqəladə bir şey yoxdur. Normal rejimdə iş gedir. Çox yaxşı oldu ki, öz gözünüzlə gördünüz. Burada əsas məsələ nədir? Rusiya böyük ölkədir və bizim qonşumuzdur. Təbii ki, Sovet İttifaqının dağılmasından sonra 15 illik müstəqillik dövründə müxtəlif zamanlar olub. Söhbət siyasi münasibətlərdən gedir. Bəzən daha soyuq olub bu münasibətlər, bəzən daha isti münasibət olub. Putin prezident seçiləndən və 2001-ci ildə Bakıya gələndən sonra köklü surətdə dəyişikliklər baş verib. Bütün bu illər ərzində münasibətlər zirvəyə doğru gedirdi.


Tarih: 03:11, 2/3/2007 Kategori: Musahibe
Yorum (yok) | Yorum yaz | Bağlantı

“RƏSUL QULİYEV DƏRHAL MƏNƏ ZƏNG E

“RƏSUL QULİYEV DƏRHAL MƏNƏ ZƏNG ETDİ”Lalə Şövkət: «Məmurlar Azərbaycanda özlərindən başqa heç kimi düşünmür»

«Azadlıq» bloku və Müsavat Partiyası kütləvi etiraz tədbirləri ictimai vəziyyətdə fəallığa təsirsiz ötüşmədi. Amma ADP Ali Məclisinin siyasi kursla bağlı qərarı siyasi gündəmə yeni çalarlar gətirdi. Bu, «Azadlıq» blokunda geniş narazılığa rəvac verdi. «Milli Birlik» Hərəkatının rəhbəri Lalə Şövkətlə söhbətimizdə bu və digər məsələlərə aydınlıq gətirməyə çalışdıq.

- İctimaiyyətin Tarif Şurasının qərarına etirazını qaneedici hesab edirsinizmi?

- Qərarın iqtisadi və məntiqi izahı olmadığından ilk gündən etiraz bəyanatı verdik. Minimum əməkhaqqı 40 manat, əhalisinin 80 faizi səfalətdə yaşayan ölkədə elektrik enerjisinin qiymətini 300 faiz artırmaq siyasi genosiddir. İki cür genosid var: birincisi aktivdir, yəni insanı birbaşa öldürürlər, ikincisi passivdir, vətəndaşı elə bir vəziyyətə salırlar ki, məhv olur. Təsəvvür edin ki, minimum  əməkhaqqı Azərbaycandan qat-qat artıq olan Amerika kimi zəngin ölkədə benzinin qiyməti daha ucuzdur. Bu baxımdan iqtidar nümayəndələrinin benzinin qiymətinin dünya qiymətləri səviyyəsinə qaldırılması haqqında söylədikləri məntiqsizdir.


Tarih: 01:54, 1/31/2007 Kategori: Musahibe
Yorum (yok) | Yorum yaz | Bağlantı

«QİYMƏTİN ARTIRILMASI ZƏRURİ İDİ»

«QİYMƏTİN ARTIRILMASI ZƏRURİ İDİ»Aydın Mirzəzadə: «Seçicilərim bahalaşma ilə bağlı problemləri qaldırdı»

   Hakimiyyət təmsilçilərinin izahatlarına baxmayaraq, Tarif Şurasının qərarı ilə bağl yaranan sualların sayı artır. Təəssüf ki, bu sualları məsuliyyəti üzərinə götürən məmurlara ünvanlamaq imkanımız xaricindədir. Ona görə də yenə bu və digər məsələlərlə bağlı suallarımızı YAP-çı deputat Aydın Mirzəzadəyə ünvanlamaq məcburiyyətindəyik.

- Parlamentin büdcə və iqtisadi siyasət komissiyasına rəhbərlik edən keçmiş deputatlar, YAP-çı iqtisadçılar Səttar Səfərov və Əli Əlirzayev qiymət artımını əhalinin mənafeyinə zidd hesab edir, amma sizlər inkişafdan danışırsınız. Siz bunu necə izah edərdiniz?


Tarih: 01:50, 1/24/2007 Kategori: Musahibe
Yorum (yok) | Yorum yaz | Bağlantı

«İLHAM ƏLİYEV BU KOMANDA İLƏ AZƏRBAYCANI İRƏ

«İLHAM ƏLİYEV BU KOMANDA İLƏ AZƏRBAYCANI İRƏLİ APARA BİLMƏYƏCƏK» Fazil Qəzənfəroğlu: «Biz uğursuz və dəhşətli bir ilğıma doğru gedirik»

Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlu Həcc ziyarətindən qayıdıb. Keçmiş cəbhəçinin bir neçə il öncəki mövqeyi ilə hadisələrə indiki baxışı arasında kəskin fərq hələ də cəmiyyətdə müzakirə olunmaqdadır. BQP başqanı, deputat Fazil Qəzənfəroğludan gündəmdə olan bu və digər məsələlərlə bağlı suallarımıza cavab almağa çalışdıq.

- Allah ziyarətinizi qəbul eləsin. Ziyarətiniz necə keçdi?

- Sağ olun, Allah sizlərə də qismət eləsin! Gözlədiyimdən fərqli bir təəssüratla qayıtdım. Ziyarətim düşündüyüm və arzuladığım səviyyədə keçdi. Həcc ziyarətinin əsas vacib elementi odur ki, nöqsansız başa vurasan. Allaha şükür ki, bu istiqamətdə heç bir maneə ilə üzləşmədim. Qalan xırda detallar və çatışmazlıqlar əhəmiyyətli deyil.

- Həcc ziyarətinə necə baxırsınız?


Tarih: 02:12, 1/23/2007 Kategori: Musahibe
Yorum (yok) | Yorum yaz | Bağlantı

APA AGENTLİYİNİN BAŞ DİREKTORU VÜSALƏ MAHİRQIZI: «ELƏ

1979-cu ildə Ucar rayonunun Lək kəndində doğulub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1996-cı ildən mediada çalışır. İlk iş yeri «Hürriyyət» qəzeti olub. Sonra «Bakı Universiteti», «Günaydın», «Bu gün», «Azadlıq», «Məkan» qəzetlərində çalışıb. 2001-2003-cü illərdə «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru olub. 2004-cü ilin noyabrından APA-nın baş direktorudur. Ailəlidir, bir qızı var.


Tarih: 18:22, 1/19/2007 Kategori: Musahibe
Yorum (yok) | Yorum yaz | Bağlantı
Ən son xəbərlər


Sayfa Güncel Sayfa:1 Toplam:1
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler