www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


ALMANİYA QƏZETİ AZƏRBAYCANDA NEFT PULLARININ HARA X

Nüfuzlu alman nəşri, Bundestaqın Das-Parlament qəzeti Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə səfəri ərəfəsində kritik material dərc edib. Məqalə "Rəqəmlərin möcüzəsi" adlanır və Azərbaycandakı siyasi və iqtisadi vəziyyətə həsr olunub. "Neftdən gələn pullar sadəcə avtoritar prezident İlham Əliyevin hakimiyyətini möhkəmlədir. Əgər neftin qiyməti hətta bir barrelə 45 dollar səviyyəsində qalsa, onda Azərbaycan 2030-cu ilə 160 mlr. dollar qazanacaq. Əhalisinin 40% hələ də ayda 40 dollardan az vəsaitlə dolanan ölkə üçün bu olduqca böyük məbləğdi. Rəqəmlər - prezident Əliyevin dostlarını inandırdığı, düşmənlərini isə hədələdiyi ən mühüm siyasi alətidir", - deyə məqalə müəllifi Tobias Asmut yazır.


Tarih: 00:03, 2/7/2007 Kategori: Iqtisadiyyat
Yorum (yok) | Yorum yaz | Bağlantı

20 İL ƏRZİNDƏ AZƏRBAYCANIN NEFT GƏLİRLƏ

Dünya bankı Azərbaycanın 20 il ərzində neft-qaz yataqlarının, həmçinin neft kəmərlərinin istismarından əldə edəcəyi gəlirləri 340 mlrd. dollar (əməliyyat xərcləri də hesablanmaqla) qədərində proqnozlaşdırır.
«Trend»in bankın Azərbaycanla partnyorluq strategiyası (2007-2010-cu illər) elanına istinadən verdiyi xəbərə görə, bu gəlirlər neftin bir barrelinin təxminən 43 dollar səvviyyəsilə gözlənilir.
Əməliyyat xərclərini 65 mlrd. dollar hesablamaqla Azərbaycanın fiskal gəlirləri 175 mlrd. dollar təşkil edəcək. Bu vəsaitlərin tam 20 milrd. dolları mənfəət vergisi qismində dövlət büdcəsinə, 155 mlrd. dolları royalti formasında Azərbaycan Dövlət Neft Fonduna (ADNF) daxil olacaq.
Neft konsorsiumları neft-qaz layihələrinə investisiyalaşmış 40 mlrd dollar qədərində hissəni və mənfəətləri repatriasiyaya yönəltməyi planlaşdırırlar. Əvvəlcədən hesablamalara görə, son 20 ildə neft gəlirlərindən ildə əhalinin adambaşına 1000 dollar düşəcək. Əgər yeni neft-qaz yataqları kəşf olunmasa, bu, Azərbaycanda neft bumunun sonu olacaq. Hesabatda belə deyilir.
DB ekspertlərinin fikrincə, postsovet inzibati sistemindən bazar iqtisadiyyatına keçid mərhələsində olan Azərbaycanın qarışısında duran əsas məsələ dəyişkən və qısamüddətli gəlirləri düzgün idarə etmək və bununla holland sindromu və «sərvətlərin lənətlənməsi» ilə qarşılaşmamaqdır.

trend


Tarih: 16:03, 2/4/2007 Kategori: Iqtisadiyyat
Yorum (yok) | Yorum yaz | Bağlantı

BİLL GATES AZƏRBAYCANI BİR NÖMRƏLİ TƏRƏFDAŞ

Prezident İlham Əliyev Davosda iqtisadi forumda iştirak çərçivəsində yanvarın 26-da Microsoft şirkətinin prezidenti Bill Qeyts ilə görüşüb.

İlham Əliyev Bill Gatese Azərbaycanın iqtisadi siyasətinin istiqamətləri haqqında məlumat verərək, qeyd edib ki, əsas məqsəd neftdən gələn gəlirlərdən istifadə edərək, yeni iqtisadiyyatın qurulmasıdır. Dövlət başçısının sözlərinə görə, yüksək texnologiyalara əsaslanan sektorların yaradılması dövlət üçün başlıca məsələlərdən biridir. Prezident qeyd edib ki, Azərbaycanda xarici investorların yüksək texnologiyalar sahəsində fəaliyyəti üçün əlverişli şərait yaradılıb və əlavə edib ki, başlıca məqsəd - 10-15 ildən sonra bu sahədən əldə olunan gəlirləri neftdən gələn gəlirlərlə bərabərləşdirmək, neftdən asılılığı azaltmaqdır.
Bill Gates Azərbaycan Prezidentinin bu fikirlərini dəstəklədiyini və yüksək dəyərləndirdiyini, ölkəmizin iqtisadi inkişafı ilə maraqlandığını söyləyib. "Microsoft" şirkətinin başçısı informasiya texnologiyaları sahəsinə sərmayə qoymağa və bu sahədə sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
"Biz Azərbaycanın bir nömrəli tərəfdaşı ola bilərik", - deyə o bildirib və Azərbaycana səfər etmək arzusunda olduğunu da qeyd edib.

Trend


Tarih: 19:34, 1/26/2007 Kategori: Iqtisadiyyat
Yorum (yok) | Yorum yaz | Bağlantı

MAAŞLARIN AŞAĞI OLMASI IPOTEKA KREDITI GÖTÜRÜLMƏSINI Ə

Prezidentin imzaladığı fərmanlara əsasən ipoteka şərtləri dəyişdirildi. Güzəştli ipoteka kreditinin maksimal məbləği 35 000 manat müəyyənləşib, ilkin ödəniş isə 15 faizdir. Bu növ kredit illik faiz dərəcəsi 4 faiz olmaqla 3 ildən 30 ilədək müddətə verilir. 

Güzəştli ipoteka kreditlərinin kimlər üçün nəzərdə tutulması məsələsinə gəlincə, onlar Milli Qəhrəman, şəhid ailəsinin üzvləri, məcburi köçkün və ya ona bərabər tutulan şəxslər, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyənlər, elmi dərəcəsi olanlar, idman sahəsində xüsusi xidmətlər göstərmiş şəxslər və xidmət müddəti üç ildən az olmayan hərbi qulluqçulardır.


Tarih: 23:59, 1/24/2007 Kategori: Iqtisadiyyat
Yorum (yok) | Yorum yaz | Bağlantı

İLHAM ƏLİYEV: "MAKSİMUM SƏVİYYƏDƏ ÇALIŞMALIY

Prezident İlham Əliyevin Sədrliyi ilə 2006-cı ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirənin keçirilməsi düvlət başçısının xalqın problemlərinə, onun sosial-iqtisadi təminatının yaxşılaşdırılmasına diqqətinin bariz nümunəsi oldu. Əhalinin sosial müdafiəsi gücləndirildi Qeyd edək ki, müşavirədən cəmi bir neçə saat sonra düvlət başçısının sərəncamı ilə 2007-ci il fevralın 1-dən büdcədən maliyyələşən təşkilatlarda çalışanların-sosial təminat, elm (Azərbaycan Milli Elmlər Akademiyası istisna olmaqla), mədəniyyət, idman, səhiyyə və təhsil sahələrində işləyənlərin əməkhaqları 25 faiz artırıldı.


Tarih: 15:16, 1/24/2007 Kategori: Iqtisadiyyat
Yorum (yok) | Yorum yaz | Bağlantı

ƏMƏKHAQLARİ ARTIRILDI

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, 2007-ci il fevralın 1-dən büdcədən maliyyələşən təşkilatlarda çalışanların -- sosial təminat, elm (Azərbaycan Milli Elmlər Akademiyası istisna olmaqla), mədəniyyət, idman, səhiyyə və təhsil sahələrində işləyənlərin əməkhaqları 25 faiz artırılıb.  

Minimum əməkhaqqı və yaşa görə pensiyaların baza hissəsi isə 2007-ci il fevralın 1-dən 50 manat müəyyən edilib.  

Yanvarın 22-də ötən ilin yekunlarına həsr olunmuş müşavirədə İlham Əliyev bu məqsədlə büdcədən 700 milyon manat ayrılacağını bildirmişdi.

Prezident Tarif Şurasının enerjidaşıyıcılar və kommunal xərclərin qiymətini artırmasını zərurət kimi qiymətləndirib. Ancaq əlavə edib ki, hökumət sosial siyasəti gücləndirəcək: «Biz imkan verə bilmərik ki, insanlar bazar iqtisadiyyatına xas olan prinsiplərin Azərbaycanda tətbiqindən əziyyət çəksinlər».

Bu il yanvarın 8-dən Tarif Şurasının qərarı ilə enerjidaşıyıcıların, kommunal xərclərin qiyməti və nəqliyyatda gediş haqqı artırılıb.

www.azadliq.org


Tarih: 22:51, 1/22/2007 Kategori: Iqtisadiyyat
Yorum (yok) | Yorum yaz | Bağlantı

BENZININ QIYMƏTININ DÜNYA BAZARLARI ILƏ MÜQAYISƏS

Fransada yaşayan azərbaycanlı iqtisadçı benzinin «qiymət sirri»ni açdı
Mətbuatda Azərbaycanda benzinin yeni qiymətinin dünya ölkələrinə nisbətdə müqayisəsi aparılır. İstənilən müqayisədə Azərbaycandakı yeni qiymətin anormal olduğu aydınlaşır. Lakin biz yanaşmanın daha elmi olması üçün mütəxəssislərə də müraciət etdik və çox maraqlı bir nəticə əldə etdik.


Tarih: 23:36, 1/19/2007 Kategori: Iqtisadiyyat
Yorum (yok) | Yorum yaz | Bağlantı

MƏCBURİ KÖÇKÜNLƏRİN İŞIQ-QAZ PULUNU YENƏ HÖKUM

Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəblinin sözlərinə görə, bahalaşmadan sonra da məcburi köckünlərin kommunal xərclərini Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi ödəyəcək: «Dünən bununla əlaqədar komitənin sədri Əli Həsənovla görüşümüz olub və o, məcburi köçkünlərin bütün kommunal xərclərinin ödəniləcəyini bildirib


Tarih: 23:22, 1/19/2007 Kategori: Iqtisadiyyat
Yorum (yok) | Yorum yaz | Bağlantı

AZƏRBAYCANDA SİYASİ İSLAHATLAR İQTİSADİ İSLAHATLARLA PARALE

"Son üç-dörd ildə Azərbaycanın büdcəsi 4 dəfədən çox artmışdır, özü də, təkcə neftin hesabına yox. Biz böyük həcmdə neft çıxarmağa yalnız bu yaxınlarda başlamışıq. Yeni yataqlardan çıxarılan bütün neftdən əldə edilən gəlirlər Azərbaycan Neft Fonduna daxil olur. Neft Fondundan büdcəyə köçürmələr isə cəmi 500 milyon dollar məbləğində planlaşdırılır.


Tarih: 18:41, 1/19/2007 Kategori: Iqtisadiyyat
Yorum (yok) | Yorum yaz | Bağlantı

AZƏRBAYCANDA İNFLYASİYA 17%-DƏK YÜKSƏLƏC'

Dünya Bankının proqnozlarına əsasən, 2007-2008-ci illərdə qeyri-neft fiskal kəsir 40%-i ötməklə zirvəsinə çatacaq və bundan sonra tədricən azalacaq. Bunun nəticəsində Neft Fondunun aktivləri 2010-cu ildə 35 mlrd. ABŞ dollarına çatacaq. Bankın ekspertləri hesab edir ki, cari strategiya qeyri-neft sektorunun «izafi qızması» riskinə malik olduğundan, eləcə də digər ölkələrin təcrübəsinin göstərdiyi kimi, «Holland sindromu» və «resurs lənəti» riski kifayət qədər yüksəkdir. Yaxın iki ildə inflyasiya tempinin illik 17%-ə çatacağı gözlənilir.

 


Tarih: 18:08, 1/19/2007 Kategori: Iqtisadiyyat
Yorum (yok) | Yorum yaz | Bağlantı
Ən son xəbərlər


Sayfa Güncel Sayfa:1 Toplam:2
<- | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler