www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


TÜRK HAKER QRUPU YUNANLARIN 100 SAYTINI DAĞIDIB


 

Türk və Yunan hakerləri arasında virtual müharibə başlayıb. YouTube.com adlı dünyanın ən böyük video paylaşım saytına Mustafa Kamal Atatürkü təhqir edən video görüntü yükləyən yunanıstanlı internet istifadəçiləri türkiyəli həmkarlarının qəzəbinə tuş gəlib. Türk hakerlər yunanların 100 ədəd saytını dağıdaraq Türkiyə bayrağı və Atatürkün şəklini yerləşdiriblər.

Özlərini “1923 Türk Grup” olaraq təqdim edən və türk olduqlarını bəyan edən bir qrup haker qrup YouTube.com saytına yerləşdirilən və Mustafa Kamal Atatürkün təhqir olunduğu video görüntüyə etiraz əlaməti olaraq yunanların saytına hücum ediblər. Türk hakerlər dağıtdıqları saytların ana səhifəsinə Atatürkün hərbi formada şəklini və nişangahında uunan bayrağı olan bir snayperin şəklini qoyublar. Hakerlər həmçinin saytlara ingilis dilində "YouTubeda bir şey gördük və dünyanın ən böyük lideri olan Mustafa Kamal Atatürkü öyrənməyimizin vacib olduğunu hisstedik. Hər yanlış bir dərsdir və dərslərlə yanlışla əsla bitməz. Əsla unutma. Bir türk dünyaya bədəldir” yazısını da yerlədiriblər.
Saytda həmçinin türk dilində də "20 iyul 1974 və 9 sentyabır 1922 tarixlərində yaşadıqlarınızın kinini, ulu öndər Mustafa Kamal Atatürkdən çıxarmaq istədiyiniz müşahidə olunur. Bu sizin qanınızda mövcuddur. Bu səbəblə də sizin əlinizdən gələn də elə budur. Amma unutmayın ki, bu millət sizin qədər şərəfsiz deyil. Türk milləti heç bir dövlətin liderinə şərəfsizlik etməz. Bundan sonra türk millətinə edəcəyiniz hər hansı bir sayğısızlığın nəticəsi olaraq “1923 Türk Grup” adı ilə Əzrayılınız olmağa davam edəcəyik. Atamıza etdiyiniz hörmətsizlik səbəbi ilə saytınızı ələ keçirilimişir” ifadələri yazılıb.

xxeber


Tarih: 21:22, 3/11/2007 Kategori: Internet
Yorum (yok) | Yorum yaz | Bağlantı

AZƏRBAYCANLI VƏ TÜRKİYƏLİ HAKER QRUPU 375 SAYTI D

Bir müddət əvvəl xxeber.com-a internet vasitəsi ilə müsahibə verən və Xocalı Soyqırımının 15-ci ilinin tamam olduğu günlərdə erməni saytlarına hücum edəcəklərini bəyan edən azərbaycanlı haker dediyini icra edib. Həmin hakerin daxil olduğu "AYT" (Ayyıldız Team), "OHT" (Özel Harekat Team) və TAHT (Turkiye Azerbaijan Hacker Team) adlı qrup 375 sayta hücum edib.

Dağıdılan saytlar arasında erməni dilli Argetina saytları da var. Bunun səbəbi isə bir müddət əvvəl həmin ölkənin qondarma soyqırım məsələsində Ermənistana verdiyi dəstəkdir.

Dağıdılan saytların siyahısını görmək üçün daxil olun!

xxeber


Tarih: 17:49, 2/27/2007 Kategori: Internet
Yorum (yok) | Yorum yaz | Bağlantı

İNFORMASİYA AXTARANDA EHTİYYATLI OLMAQ LAZIMMIŞ?

Söhbət 2001-2002-ci illərdə uçan naməlum obyektlər (UNO) barədə İnternetdə məlumat toplayan 45 yaşlı İngiltərə vətəndaşı, əslən şotland olan Hari Makinnondan gedir. Həmin dövrdə Makinnon işini itirmiş proqramçı, daha doğrusu, şəbəkə inzibatçısı imiş...

Günlərin birində həmişə olduğu kimi İnternetdə yenə də UNO barədə informasiya axtarışına çıxan proqramçı nəticədə Milli Aerokosmik Tədqiqatlar Agentliyinin (NASA) və Pentaqonun sirli (yəni xüsusi şifrə ilə qorunan) məlumat bazalarına rast gəlir.


Tarih: 20:41, 2/24/2007 Kategori: Internet
Yorum (yok) | Yorum yaz | Bağlantı

TÜRKMƏNİSTANDA İNTERNET KLUB AÇILIB


 

Dünyanın ən qapalı ölkələrindən biri olan Türkmənistanın paytaxtı Aşkabadda 2 ədəd internet klub açılıb. Mərasimsiz açılan bu yerlər Türkmənistanın ilk internet klublarıdır.

İnternet klublar şəhər mərkəzindəki "TürkmenTelekom" adlı telekomunikasiya şirkətinə aiddir.
Hər gün 9 saat işləyən internet klubda 15 dəqiqə istifadə üçün 1 dollar tələb olunur. Qeyd edək ki, Türkmənistanda minimum əmək haqqının məbləği təxminən 50 dollardır.
Qeyd edük ki, türkmənler 1996 - 2000-ci illər arasında internetdən istifadə edilə bilirdi. Daha sonra xalqın internetə girməsi qadağan edilib. Təkcə bəzi xüsusi yerlər, idarələr və otellərdəki əcnəbi qonaqlar abunəlik yolu ilə internetdən istifadə edə bilirdilər.
Qeyd edək ki, Beynəlxalq Telekommukinasiya Birliyinin məlumatına görə 2006-da 5 milyondan artıq Türkmənistan əhalisinin yalnız 0,73 faizi internetdən istifadə edib.

xxeber


Tarih: 19:32, 2/18/2007 Kategori: Internet
Yorum (yok) | Yorum yaz | Bağlantı

"KURTLAR VADİSİ"NƏ QOYULAN SENZURA NƏTİCƏSİND'

Türkiyənin "Show TV" telekanalında ilk seriyası yayımlanan ancaq daha sonra xalqın etirazı səbəbi ilə yayımı qadağan edilən "Kurtlar Vadisi-Terror" serialı ilə bağlı xəbərlər səngimək bilmir. Fevralın 15-də ikinci bölümü də daxil olmaqla bu serialın yayımlanmasına qoyulan qadağaya etiraz əlaməti olaraq Türkiyənin Radio Televiziya Şurasının internet saytı istifadəçilərin axınına uğrayıb telefonlarına isə külli miqdarda zəng edilib. Nəticədə RTÜK saytı kilitlənib, telefonları isə işləmir...

Vətəndaşlar tərəfindən tənqid atəşinə tutulan RTÜK-ün www.rtuk.gov.tr və www.rtuk.org.tr adlı saytlarına girmək çətinləşib.

xxeber


Tarih: 22:01, 2/16/2007 Kategori: Internet
Yorum (yok) | Yorum yaz | Bağlantı

YOUTUBE GƏLİRLƏRİNİ İSTİFADƏÇİLƏRLƏ PAY


 

İnternetin ən nəhəng video yayım saytı olan “Youtube” reklam gəlirlərinin bir qismini sayta görüntü göndərənlərlə paylaşacaq.

“Youtube”un qurucularından Chad Harley reklamdan qazandıqları məbləğin gələcək ylardan etibarən istifadəçilərini inkişaf etdirmək və sənətə təşviq etmək məqsədi ilə paylaşacaqlarını deyib.
“Yutube” rəhbərliyi yeni qaydanın təkcə görüntülərin yayım hüququna malik olan istifadəçilərə şamil ediləcəyini bəyan edib.
Qeyd edək ki, ayda 70 milyon ziyarətçisi olan “Youtube” ötən ilin noyabrında 1 milyard 650 milyon dollara “Google”ın tərkibinə daxil edilmişdi.

 

xxeber.com


Tarih: 14:22, 2/13/2007 Kategori: Internet
Yorum (yok) | Yorum yaz | Bağlantı

SƏHİYYƏ NAZİRİNDƏN SORUŞUN


Səhiyyə Naziri Oktay Şirəliyev

Səhiyyə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti maraqlı və original yola müricət edib. Nazirliyin internet saytı vasitəsi ilə Nazir Oqtay Şirəliyevlə əhali arasında körpü qurulub. Səhiyyə Nazirliyinin "sağ əli digər nazirliklərin başına"...

Səhiyyə nazirliyinin internet saytına daxil olanlar buradan bir başa Səhiyyə Nazirinə istədikləri sualları soruşa və özlərinin şikayətlərini edə bilərlər. Sual və şikayətlər səhiyyə sahəsini əhatə etməlidir.
Fevralın 1-dən başlayan aksiyanın son günü fevralın 7-idir. İndiyədək soruşulan sual və edilən şikayətlər arasında olduqca maraqlı və əhəmiyyətli mövzulara toxunulub. Ayrılan müddət başa çatdıqdan sonra suallar internet vasitəsi ilə cavablandırılacaq.

Sayta daxil olaraq sual və şikayətlərinizi bildimək üçün daxil olun!

xxeber


Tarih: 18:42, 2/7/2007 Kategori: Internet
Yorum (yok) | Yorum yaz | Bağlantı

6 FEVRAL AVROPADA "TƏHLÜKƏSİZ İNTERNET GÜNÜ" KİMİ QEYD


 

Avropa Komissiyasının təşəbbüsü ilə keçirilən tədbirin məqsədi beynəlxalq şəbəkəninin gənc nəsil üçün yaratdığı təhlükəni müəyyən etməkdir. Budəfəki “Təhlükəsiz internet günü”ndə uşaqlar və yeniyetmələrin mobil telefonlar vasitəsi ilə internet xidmətlərindən istifadəsi məsələsinə də toxunulacaq.

Yeniyetmələrin kompyuterin mobil telofonla əvəz edərək bir sıra saytlara daxil olması Avropa Komissiyasında narahatlıq doğurur. Qeyd edək ki, hesablamalara əsasən Almaniyada 12-19 yaşlı uşaqların 92%-i mobil telefona malikdir. Böyük Britaniyada isə 8 yaşına çatan uşaqlara mobil telefon hədiyyə etmək artıq bir ənənəyə çevrilib

ıtv


Tarih: 18:14, 2/6/2007 Kategori: Internet
Yorum (yok) | Yorum yaz | Bağlantı

ERMƏNİ HAKERLƏRDƏN "BACIOĞLU"YA CAVAB GƏLİB


 

Ermənilərin "AXTEAM" haker qrupu ötən həftə bir sır erməni saytını dağıdan "Bacıoğlu" ləqəbli azərbaycanlı hakerə cavab veriblər. Ermənilərin dağıdılan 5 saytına qarşılıq olaraq 1 Azərbaycan saytı dağıdılıb. Sayta mesaj da yazılıb.

Dağıdılan sayt www.hayat.az saytıdır. Ermənilə sayta "Bacıoğlu"ya cavab mahiyyətində mesaj da yerləşdiriblər.
Erməni hakerlərin mesajında yazılıb ki, "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın olmayıb. Ruslar bizi tutmasaydı hazırda Bakıda çiçəklənən erməni şəhəri olacaqdı. Ermənistan və Dağlıq Qarabağ hər zaman birlikdə olublar. Həm bizimkilər həmdə işğal edilmiş ərazilərimizlə bazar açmaq lazım deyil. Necə qaçmısınız bundan sonra da qaçacaqsınız".
Ermənilər dağıtdıqları sayta həmçinin qondarma rejimin bayrağını da yerləşdiriblər.

xxeber


Tarih: 15:59, 2/3/2007 Kategori: Internet
Yorum (yok) | Yorum yaz | Bağlantı

«BACIOĞLU»nun DAĞITDIĞI ERMƏNİ SAYTLARI VƏZİYYƏTD

«Bacıoğlu» ləqəbli hakerin dağıtdığı erməni saytları hələ fəaliyyətlərini bərpa etməyib. Xocalı soyqrımının şəkilləri və həmin şəkillərlə bərabər «bacıoğlu»nun yerləşdirdiyi mətn http://www.tamanyan.org saytında olduğu kimi qalır. http://www.homeopathy.amhttp://www.photoblogs.am saytları isə ümumiyyətlə işləmir, yəni bu saytlara daxil olmaq mümkün deyil.


Tarih: 15:47, 2/2/2007 Kategori: Internet
Yorum (yok) | Yorum yaz | Bağlantı
Ən son xəbərlər


Sayfa Güncel Sayfa:1 Toplam:2
<- | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler