
www.sonxeber.tk
Bağlantılarım
*
*
• Blog RSS
• Canlı TV İzle
Kategoriler
|
CƏNUBİ AZƏRBAYCANDA ƏLAVƏ QÜVVƏLƏR
Ana dili tədbirləri İran hakimiyyətini təşvişə salıb Fevralın 21-i Beynəlxalq Ana Dili günü kimi qeyd olunacaq. Güney Azərbaycandakı Tələbə Hərəkatı bütün türk toplumuna müraciət edərək həmin gün keçiriləcək tədbirlərdə iştirak etməyə çağırıb. Hərəkatın güney şəhərləri boyunca yaydığı bildiriş vərəqələrində Azərbaycan türkcəsinin İranda ikinci dövlət dili elan olunması tələbilə aksiya keçiriləcəyi bəyan olunub. Tələbələr bildiriblər ki, milyonlarla Azərbaycan türkünün yaşadığı bir ölkədə türk dilinin işlənməsinə qadağa qoyulması yolverilməzdir və İran irticasının bu siyasətinə son verilməlidir. Bu xəbərdarlığın yayılmasından dərhal sonra Cənubi Azərbaycanda elan olunmamış hərbi vəziyyətin tətbiqinə başlanılıb. Güneydəki mənbələrdən daxil olan məlumata görə, rəsmi Tehran Cənubi Azərbaycanın iri şəhərlərinə əlavə polis və hərbi qüvvələr yerləşdirib. Küçə və meydanlarda nəzarət xeyli gücləndirilib. Güney Azərbaycanda milli fəallara qarşı təzyiqlərin daha da şiddətləndiyi barədə “Media forum” saytı da xəbər yayıb. Saytın məlumatına görə, fevralın 14-də ETTELAAT-ın Əhər şəhər şöbəsi 100-ə yaxın tanınmış milli fəalın evinə zəng edərək onları ETTELAAT-a çağırıb. Qurumun yerli şöbəsində milli fəallara bildiriblər ki, heç kəs fevralın 16-dan sonra Əhərdən Təbrizə və ya Ərdəbilə gedə bilməz. Milli fəallardan ana dili günü evdə oturacaqları barədə yazılı izahat alınıb. Məlumatda o da bildirilir ki, izahat yazmaqdan imtina edən bir qrup fəal, o cümlədən Saleh Molla Abbasi həbs edilib. Tutulanların taleyi ilə bağlı hələlik məlumat yoxdur.
müsavat |
Tarih: 19:01, 2/21/2007 Kategori: Guney Azerbaycan |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
GÜNEYDƏ ANA DİLİ HƏYƏCANI. ETTELAAT TƏBRİZD&
|
ANA DİLİ GÜNÜ ƏRƏFƏSİNDƏ ETTELAAT ƏH
Beynəlxalq Ana Dili günü ərəfəsində Güney Azərbaycanda milli fəallara qarşı təzyiqlər artmaqdadır. Güney Azərbaycandakı mənbələrdən «Media forum»a verilən məlumata görə, fevralın 14-də ETTELAAT-ın Əhər şəhər şöbəsi 100-ə yaxın tanınmış milli fəalın evinə zəng edərək onları ETTELAAT-a çağırıb.
ETELLAAT-ın yerli şöbəsində milli fəallara bildiriblər ki, heç kəs fevralın 16-dan sonra Əhərdən Təbrizə və ya Ərdəbilə gedə bilməz. Milli fəallardan fevralın 21-də, Beynəlxalq Ana Dili günündə evdə oturacaqları və ana dili günü keçiriləcək tədbirlərdə iştirak etməyəcəkləri barədə yazılı izahat alınıb.
Məlumatda o da bildirilir ki, izahat yazmaqdan imtina edən bir qrup fəal, o cümlədən Saleh Molla Abbasi həbs ediliblər. Tutulanların taleyi ilə bağlı hələlik heç bir məlumat yoxdur.
mediaforum |
Tarih: 17:54, 2/18/2007 Kategori: Guney Azerbaycan |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
GÜNEY AZƏRBAYCANIN MİYANƏ ŞƏHƏRİNDƏ XAM
Bu gün Güney Azərbaycanın Miyanə şəhərinin cümə imamı Hamidi naməlum şəxs tərəfindən bıçaqlanıb. Hamidi aldığı yaralar nəticəsində dünyasını dəyişib. Qatilin kim olduğu və cinayəti hansı məqsədlə törətdiyi hələlik bilinmir.
Qeyd edək ki, hər bir şəhərdə fəaliyyət göstərən cümə imamı həm də İranın dini rəhbəri ayətullah Əli Xamneyinin rəsmi nümayəndəsi sayılır. Cümə imamını Xamneyi özü təyin edir. Cümə imamı cümə günləri namaz təşkil edir və şəhərdəki bütün mollaların böyüyü sayılır.
«Media forum» |
Tarih: 02:09, 2/14/2007 Kategori: Guney Azerbaycan |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
GÜNEY AZƏRBAYCANDA HƏBSLƏR DAVAM EDİR. ŞƏBİS
Fevralın 12-də Güney Azərbaycanın Şəbistər şəhərində tələbə hərəkatının fəallarından olan Behnam Nurməhəmmədi həbs edilib.
Güney Azərbaycan mənbələrindən «Media forum»a verilən məlumata görə, dünən ETTELAAT-ın Şəbistər şəhər bölməsinin məmurları B. Nurməhəmmədinin atası evinə basqın ediblər və heç bir izahat vermədən milli fəalı tutaraq naməlum istiqamətə aparıblar. Urmiya Texniki Universitetinin tələbəsi olan B.Nurməhəmmədinin hazırda harada saxlanıldığı məlum deyil.
Güneyli mənbələrin məlumatına görə, fevralın 4-də Şəbistər şəhərində beynəlxalq ana dili günü münasibəti ilə yazılı vərəqələr yayarkən milli fəallar - Behzad Xorşidzadə, Pərviz Sultani və Qəhrəman Sultani ETTELAAT məmurları tərəfindən həbs ediliblər. Hadisənin üstündən 9 gün keçməsinə baxmayaraq, milli fəallar hələ də ETTELAAT-ın Şəbistar şəhər bölməsində saxlanılırlar.
Qeyd edək ki, milli fəallara qarşı hər hansısa ittihamların irəli sürülüb-sürülmədiyi barədə hələlik məlumat yoxdur.
«Media forum» |
Tarih: 17:12, 2/13/2007 Kategori: Guney Azerbaycan |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
TƏBRİZDƏ MİNLƏRLƏ AZARKEŞ ŞƏHƏRİN
Fevralın 8-də Təbrizin 40 min azarkeş tutan futbol stadionunda Təbrizin «Traktorsazi» futbol klubu ilə Tehranın «Atiyesazəni kövsər» klubu arasında qarşılaşma olub. Təbriz klubu Tehran komandasına qalib gəlib. Matç başa çatandan sonra ağzınacan dolu standionda azarkeşlər ayağa qalxaraq «Yaşasın Azərbaycan!» şüarını səsləndirməyə başlayıblar. Stadiondan çıxıb Təbrizin küçələri ilə irəliləyən minlərlə futbol azarkeşi milli şüarlar səsləndirməkdə davam edib və faktiki olaraq Təbrizin küçələrində yürüş keçirilib. Güney Azərbaycandakı mənbələrdən «Media forum» saytına verilən məlumata görə, yürüşün genişlənməsindən qorxan hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal işə qarışaraq azarkeşləri dağıtmağa və vəziyyəti nəzarət altına almağa çalışıblar. Təbrizin Abresani və Vəliəsr küçələrində yürüşçülərlə polis arasında qarşıdurma yaşanıb. Az bir zamanda 300-dən çox polis maşını yürüşçülərin irəlilədiyi bütün istiqamətlərdə küçələri mühasirəyə alıb. Günorta saatlarında Təbrizdə yaranmış bu gərginlik axşam saatlarınadək davam edib.
Nümayişçilərdən tutulanların olub-olmadığı hələlik məlum deyil.
«Media forum» |
Tarih: 13:37, 2/10/2007 Kategori: Guney Azerbaycan |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
GÜNEY AZƏRBAYCAN MİLLİ HƏRƏKATINA DƏSTƏ
|
ANKARADA TƏHSİL ALAN GÜNEYLİ TƏLƏBƏLƏRL
|
GÜNEY AZƏRBAYCANIN TANINMASI YOLUNDA İLK ADDIM
Güney Azərbaycan xalqı UNPO-ya qəbul edildi
UNPO BMT-də təmsil olunmayan millətlər və xalqlar təşkilatıdır
BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatının (UNPO) fevralın 1-i və 2-də Brüsseldə keçirilən toplantısında gündəlikdə olan əsas müzakirə mövzularından biri də Güney Azərbaycan xalqının bu beynəlxalq quruma üzvlüyü məsələsi olub.
Təşkilatın baş katibi Marino Bursdachin üzvlük üçün müraciət edən Güney Azərbaycan barədə məlumat verib. O, Güney Azərbaycan Milli Oyanış Hərəkatının bu yöndəki ərizəsinin araşdırılması üçün 18 ay vaxt sərf edildiyini, xalqı təmsiletmə hüququ və səlahiyyəti üzrə həm Güney Azərbycanda, həm də xarici ölkələrdə ciddi araşdırılmalar aparıldığını deyib. UNPO nümayəndələri məsələnin araşdırılması üçün hətta Güney Azərbaycanda qeyri-rəsmi səfərdə olaraq məsələni yaxından öyrəniblər. Araşdırmalardan sonra BMT-də təmsil olunmayan Güney Azərbaycan xalqının bir millət olaraq UNPO-da təmsil olunmasının vacibliyi qeyd edilib.
2003-cü ildə Güney Azərbaycanın Kəleybər şəhərində - tarixi Babək qalasında keçirilən milli hərəkat tərəfdarlarının qurultayında on minlərlə iştirakçı tərəfindən qəbul edilərək yüksəldilən bayrağın Güney Azərbaycan millətini təmsil edən milli simvol - milli bayraq olması qərarı verilib.
Xatırladaq ki, UNPO-nun qurultayında 4 nəfərlik nümayəndə heyətinə GAMOH lideri Mahmudəli Çöhrəqanlı başçılıq edib.
gunazer.com
|
Tarih: 02:38, 2/3/2007 Kategori: Guney Azerbaycan |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ HƏRƏKATININ İRANIN
|
|
Ən son xəbərlər
|