www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


XOCALI SOYQIRIMI

Bu gün Xocalı Soyqırımından 15 il keçir. Bununla bağlı Power Pointdə hazırlanmış rəsimlər və məlumatlara buraya tıklayaraq baxa bilərsiniz.

 

http://web.1asphost.com/azadmekan/khocali.ppt

 


Tarih: 01:33, 2/27/2007 Kategori: Gundem
Yorum (yok) | Yorum yaz | Bağlantı

HÖTEBORQDA KƏRKÜK və QARABAĞA HƏSR OLUNMUŞ AKSİYA

Fevralın 24-də İsveçin Höteborq şəhərində 200-dəq çox azərbaycanlının, eyni zamanda İraqda yaşayan türklər və İraq türkmənlərinin iştirakı ilə etiraz aksiyası keçirilib. Bu barədə «Media forum»a İsveçdə yaşayan həmyerlimiz Mahmud Bilgin məlumat verib.

Azəbaycan Federasyonu İsveçin təşəbbüsü ilə keçirilən aksiyada İsveç dilində dilində «Kərkük türkündür, türkün qalacaq!», «Kərkük bizimdir, bizim qalacaq!», «Yaşasın Kərkük, yaşasın İraq!», «Kərkükdə, İraqda terorçuluğa ölüm!», «Kərkükü kürdləşdirənlərə ölüm!», «Erməni daşnakına ölüm!», «Erməni Xocalıda cinayət eylədi -  İran himayət eylədi!», «Qarabağ türkündür, türkün qalacaq!», «Qarabağ, Kərkük bizimdir, bizim olacaq», «Rus, fars, erməni bütün türkün düşməni!» şüarları səsləndirilib.


Tarih: 12:18, 2/26/2007 Kategori: Gundem
Yorum (yok) | Yorum yaz | Bağlantı

TÜRKLERE KARŞI YAPILAN SOYKIRIMLAR VE HOCALI SOYKIRIMI

Tarih Türklere karşı yapılan soykırımlarla doludur. Biz Türkler ağıt yakmayı bilmediğimiz (veya bunu yapmadığımız için) hiçbir zaman bize karşı yapılan soykırımları, zulümleri  tarih yaddaşımıza kazımamış, çabuk unutmuşuz. Oysa Türklerin Batıda Viyana’dan Doğuda ise Kafkaslardan çekilmeye başladıkları dönemden sonrası  hep soykırıma uğradıkları hadiselerle doludur. Viyana’da, Bosna’da, Mora’da, Tri Poliçe’de Balkanların diğer bölgelerinde; yakın tarihimizde Bosna’da soykırıma uğrayan hep biz Türkler ve Müslümanlar olmuşuzdur. Diğer taraftan Kafkaslara baktığımızda,  son iki yüzyılın tarih sayfasının hep Türklere karşı yapılan soykırımlarla dolu olduğu görülmektedir.


Tarih: 02:34, 2/25/2007 Kategori: Gundem
Yorum (yok) | Yorum yaz | Bağlantı

"XOCALI SOYQIRIMI AZƏRBAYCAN MƏTBUATINDA

Azərbaycan Mətbuat Şurası "Xocalı soyqırımı Azərbaycan mətbuatında" mövzusunda dəyirmi masa təşkil edəcək. Mətbuat Şurasının sədri Əflatun Amaşov deyi ki, tədbir fevralın 24-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

Toplantıda Xocalı soyqırımının mətbuatda necə işıqlandırılması, bu faciənin ölkə və dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılıma səviyyəsi, mövzunun işıqlandırılması üçün daha hansı tədbirlərin görülməsi kimi məsələlər müzakirəyə çıxarılacaq.
Dəyirmi masada Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ziyalılar, tarixçilər, ekspertər iştirak edəcəklər.

trend


Tarih: 16:14, 2/12/2007 Kategori: Gundem
Yorum (yok) | Yorum yaz | Bağlantı

ARABUL ƏRDOĞANLA DƏMİRƏLDƏN YARDIM İSTƏ

ARABUL ƏRDOĞANLA DƏMİRƏLDƏN YARDIM İSTƏDİRespublika Prokurorluğu «Barmek» prezidentinə qarşı rəsmi ittiham irəli sürüb

   «Barmek»lə Azərbaycan hakimiyyəti arasında qarşıdurma yaranandan bəri şirkətin prezidenti Hüseyn Arabul Türkiyəyə getmək istəyərkən dəfələrlə hava limanından geri qaytarılıb. Qadağa bir ildən çoxdur davam etsə də, indiyədək hüquq-mühafizə orqanları bunu rəsmiləşdirmirdi. Artıq belə qadağa rəsmiləşdirilib. Belə ki, yanvarın 29-da Respublika Prokurorluğuna dəvət olunan H.Arabuldan Azərbaycandan kənara çıxmaması barədə iltizam alınıb. Amma bu sənəddə mətbuatda yazıldığı kimi, onun ev dustağı edilməsi ilə bağlı müddəa yoxdur.


Tarih: 19:51, 2/6/2007 Kategori: Gundem
Yorum (yok) | Yorum yaz | Bağlantı

QARS AZƏRBAYCANI HİDDƏTLƏNDİRDİ

QARS AZƏRBAYCANI HİDDƏTLƏNDİRDİ Türkiyənin Ermənistana qucaq açması Azərbaycan cəmiyyətində kəskin etiraz doğurdu

Son günlər Türkiyənin Qars şəhərində türk-erməni dostluğuna həsr edilmiş abidənin ucaldılması barədə məlumatlar yayılıb. Qeyd edək ki, 350 min türk lirəsinə başa gələcək abidənin hündürlüyü 135 metr olacaq. Bu abidənin Ermənistandan da görünməsi üçün onu Qars qalasının qarşısında tikirlər. “İnsanlıq anıtı” adlanan bu heykəlin müəllifi türk heykəltəraşı Mehmet Aksoydur.

Maraqlıdır, görəsən son vaxtlar Türkiyə dövlətinin Ermənistana xoş münasibət göstərməsinin, ilıq mesajlar ötürməsinin arxasında hansı niyyətlər durur? Ermənistan-Türkiyə sərhədlərini açmaq istəyi, erməni jurnalistinin Türkiyədə təntənəli dəfn mərasimi və digər faktlar nəyə hesablanıb? «Bir millət, iki dövlət» tezisi doğrudanmı boş bəyanat imiş?

Bu suallarımızı Azərbaycan cəmiyyətinin ən çeşidli təbəqələrini təmsil edən nümayəndələrinə ünvanladıq.


Tarih: 13:06, 2/2/2007 Kategori: Gundem
Yorum (yok) | Yorum yaz | Bağlantı

QƏZETLƏR FEVRALIN 1-DƏN 30 QƏPİYƏ SATIL

QƏZETLƏR FEVRALIN 1-DƏN 30 QƏPİYƏ SATILACAQ “Gündəlik Azərbaycan” sevimli oxucuların sədaqətinə ümid bəsləyir

Rauf Arifoğlu: «Biz oliqarxlardan ibarət olan hakimiyyətdən fərqli olaraq oxuculardan üzr istəyirik»

   Fevralın 1-dən «Ekspress», «Şərq», «Yeni Müsavat», «Azadlıq», «24 saat», «Bizim yol» və «Gündəlik Azərbaycan» qəzetlərinin satış qiyməti 30 qəpiyə (köhnə manatla 1500 manat) satılacaq. Bu barədə qəzet redaktorları bir neçə gün öncə razılığa gəlib. Redaktorlar qərarın nə qədər ağır olduğunu anlasalar da, bu, çıxılmaz durumda atılan addım hesab olunmalıdır. Təsəvvür edin ki, Tarif Şurasının yanacağın, elektrik enerjisinin və kommunal ödəmələrin qiymətini artırmaq haqqında qərarı bütün sahələrə sirayət edib. Bu baxımdan kağızın qiymətində, çap xərcində və digər bütün xərclərdə   nəzərəçarpacaq artırmalar baş verib.


Tarih: 19:03, 1/30/2007 Kategori: Gundem
Yorum (yok) | Yorum yaz | Bağlantı

ERMƏNİLƏRDƏN AZƏRBAYCANA YENİ HƏDƏ

ERMƏNİLƏRDƏN AZƏRBAYCANA YENİ HƏDƏ Qarabağ qüvvələrinin keşmiş komandanı Azərbaycana gələn suyun qarşısını almağı təklif edib

   Qarabağ qüvvələrinin keçmiş komandanı, hazırda Daşnak Partiyasının lideri Samvel Babayan həyasız bir bəyanatla çıxış edib. O, bildirib ki, Azərbaycan Ermənistanla iqtisadi əməkdaşlığa məcbur edilməlidir.  Onun fikrincə, Ermənistan Azərbaycanın “havayı istifadə” etdiyi su sistemini “idarə etməlidir”. S.Babayan bu halda su almaq üçün Azərbaycanın neftini Ermənistana satacağına əmin olduğunu deyib. Amma S.Babayan Ermənistanın bunu necə reallaşdıracağı barədə aydınlaşdırma verməyib.

Qarabağ qüvvələrinin keçmiş komandanı, hazırda Daşnak Partiyasının lideri Samvel Babayan həyasız bir bəyanatla çıxış edib. O, bildirib ki, Azərbaycan Ermənistanla iqtisadi əməkdaşlığa məcbur edilməlidir.  Onun fikrincə, Ermənistan Azərbaycanın “havayı istifadə” etdiyi su sistemini “idarə etməlidir”. S.Babayan bu halda su almaq üçün Azərbaycanın neftini Ermənistana satacağına əmin olduğunu deyib. Amma S.Babayan Ermənistanın bunu necə reallaşdıracağı barədə aydınlaşdırma verməyib.

Gunaz


Tarih: 12:50, 1/27/2007 Kategori: Gundem
Yorum (yok) | Yorum yaz | Bağlantı
Ən son xəbərlər


Sayfa Güncel Sayfa:1 Toplam:1
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler