
www.sonxeber.tk
Bağlantılarım
*
*
• Blog RSS
• Canlı TV İzle
Kategoriler
|
İRANIN BƏLUÇİSTAN ƏYALƏTİNDƏ KAMİKADZE SEPAH
Bu gün İranın Bəluçistan əyalətinin mərkəzi sayılan Zahidan şəhərinin Əhmədabad məntəqəsinin Sarəllah bulvarında Bakı vaxtı ilə səhər saat 7.07-də naməlum şəxs partlayıcı maddələrlə dolu avtomobilini İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus avtobusa yaxınlaşdıraraq onu partladıb.
Partlayış nəticəsində 18 nəfər SEPAH üzvü həlak olub. Kamikadze əməliyyatının kimlər tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.
Qeyd edək ki, İranın İSNA xəbər agentliyi yerli hərbçilərə istinadən hücumda iştirak edən şəxslərdən birinin tutulması barədə məlumat yayıb.
«Media forum» |
Tarih: 12:51, 2/14/2007 Kategori: Dunya |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
ERMƏNİSTAN RUSİYADAN UZAQLAŞIR
|
ABŞ İRANIN İRAQLILARA VERDİYİ BOMBALARIN QALIQLARINI VE ŞƏK
|
BARAK OBAMA ABŞ PREZİDENTLİYİNƏ NAMİZƏDLİYİNİ İRƏ
Amerikalı senator Barak Obama Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq uğrunda mübarizəyə başlayıb.
İllinoys ştatında çıxışı zamanı Obama prezident Corc Buş administrasiyasının fəaliyyətini, o cümlədən İraq siyasətini sərt tənqid edib.
Cənab Obama Demokrat Partiyasından başqa namizəd -- senator Hillari Klintonun əsas rəqiblərindən biri sayılır. Amma analitiklərin fikrincə, xanım Klintonun şansı daha yüksəkdir.
İllinoys ştatından olan 46 yaşlı senator Barak Obama seçiləcəyi halda ABŞ-ın ilk qaradərili prezidenti olacaq.
azadlıq.org |
Tarih: 12:27, 2/12/2007 Kategori: Dunya |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
TÜRKMƏNİSTANDA SEÇKİ BAŞA ÇATIB
Son dəfə bu ölkədə prezident seçkiləri 1992-ci ildə keçirilib. Həmin vaxt Saparmurat Niyazovun səslərin 99.5 % topladığı bildirilmişdi. Türkmən televiziyası səsvemədə iştirak edənlərin sayının 95% olduğunu xəbər verib. Ölkə boyunca 1625 seçki məntəqəsi fəaliyyət göstərib.
Ölkənin mərhum lideri Saparmurat Niyazovun qızıldan olan büstü şəffaf seçki qutularının üzərindən seçicilərə baxırdı. Qutuların yanında isə öyrənilməsi bütün türkmənlər üçün məcburi olan Ruhnamə kitabı qoyulmuşdu. 20 il ərzində cənab Niyazov Türkmənistana tam şəkildə nəzarət edib. Bu, ölkədə keçirilən ilk çox namizədli seçkilərdir. Sabiq lideri əvəz etmək uğrunda altı nəfər yarışıb. Aşqabad şəhərində təhsil alan bir tələbə seçimin çox olmasından razı qaldığını deyib. Amma bu seçimin özü də məhduddur. Belə ki, namizədlərin hamısı ölkədə fəaliyyət göstərən tək bir siyasi partiyanın üzvləridir. Prezidentin vəzifələrini yerinə yetirən Qurbanqulu Berdımuhammedovun isə qələbə çalacağına bənzəyir. Berdımuhammedov deyib ki, qalib gələrsə, mərhum prezidentin başladığı işləri davam etdirəcək.
bbc |
Tarih: 18:00, 2/11/2007 Kategori: Dunya |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
ABDULLA GÜL: "BİZ 1926-CI İLDƏ MOSULU İRAQA VERDİK"
|
ABDULLA GÜL: "TÜRKİYƏNİN ƏLEYHİNƏ OLAN QANUN LAYİ
|
SAAKAŞVİLİ TBİLİSİ AEROPORTUNDA VİP ÇIXIŞLARINI LƏĞV ETDİ
Gürcüstan prezidenti Mixail Saakaşvili Tbilisi aeroportunda VIP çıxışlarının bağlanması haqqında göstəriş verib.
VİP - «Very İmportant Person» azərbaycancaya tərcümədə «çox mühüm şəxs» deməkdir. VİP çıxışlarından deputatlar, hökumət üzvləri, dövlət başçısı, diplomatlar və s. imtiyazlı şəxslər istifadə edir. Tbilisi aeroportunun Avropa səviyyəsinə çatdığını deyən prezident qeyd edib ki, bütün sərnişinilər eyni qaüdada növbəyə durmalı və eyni giriş-çıxışdan isifadə etməlidirlər. «Hamı eyni giriş-çıxışdan keçməli olacaq» deyən Saakaşvili bildirib ki, əgər hansısa deputat, hökumət üzvü əlavə xidmətlərə görə daha çox pul ödəmək istəyirsə, problem yoxdur: «Buyursunlar, öz yüksək maaşlarından aeroport rəhbəriyinə pul ödəsinlər. Amma bütün VİP çıxışları bağlanmalıdır».
M.Saakaşvili aeroportda müasir taksilərin və səliqəli, üzü qırxılmış taksi sürücülərinin xidmət göstərməsinin zəruriliyini də vurğulayıb. Gürcüstan prezidenti Tbilisi aeroportunun gömrük rəisini də işdən çıxarıb və buna səbəb kimi aeroport gömrükçülərinin yol verdiyi qanunsuzluqları göstərib.
«Gürcüstan Dəmir Yolları» Səhmdar Cəmiyyətinin rəhbəri İrakli Ezutbaiyə isə dövlət başçısı paytaxtın dəmir yolu vağzalından aeroportunadək dəmir yolu çəkməyi tapşırıb. Gürcüstan prezidentinin fikrincə, elektrik qatarları sərnişinlərin vağzaldan aeroporta və əks istiqamətə hərəkətini xeyli asanlaşdıra bilər. Bu marşrutda dəmir yolunun yarım ildən sonra istismara veriləcəyi gözlənilir.
medıaforum |
Tarih: 13:20, 2/9/2007 Kategori: Dunya |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
İRAN YENİ RAKETİ SINAQDAN KEÇİRİB. DİNİ RƏHBƏR DEYİR K
İran gəmi əleyhinə uzaqmənzilli raketi sınaqdan çıxarıb. «Media forum» saytı İranın dövlət televiziyasına istinadən xəbər verir ki, 350 kilometr məsafəyədək gedib çata bilən, «yer-göy» tipli bu raketlərlə Fars körfəzində və Hörmüz boğazı yaxınlığında gəmiləri vurmaq olar.
Ekspertlərin fikrincə, yeni raketlər İranın dənizdən müdafiə imkanını qat-qat artırır. İndiyədək İran yalnız 100 kilometrə qədər uçan yaxınməzilli qanadlı raketlərə malik idi.
Sınaqdan çıxarılan yeni raketin sürəti, ölçüsü və texniki keyfiyyətləri açıqlanmır. «Media forum» saytının məlumatına görə, İranın dini rəhbəri ayətullah Əli Xamneyi bu gün Hərbi Hava Qüvvələrinin şəxsi heyəti qarşısında çıxış edib. O, ABŞ-a sərt mesaj göndərib: «Amerikanın İrana hücum edəcəyi barədə şayiələrdən qorxmaq lazım deyil, çünki ABŞ keçmişdə artıq İrana hücum edib. Bundan başqa, bizim düşmənlərimiz bilirlər ki, İran xalqının cavabı işğalçılara və onların bütün dünyadakı maraqlarına qarşı yönələcək».
mediaforum |
Tarih: 16:31, 2/8/2007 Kategori: Dunya |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
ERMƏNİ JURNALİSTİN QATİLİ TÜRKİYƏDƏ İDEALA ÇEVRİL
 Polislər Ogün Samastla şəkil çəkdirirlər |
İstanbulda öldürülən erməni jurnalist Hrant Dinkin qatili Ogün Samastın Samsun Polis İdarəsindən İstanbula nəqli zamanı təhlükəsizlik əməkdaşlarının onunla şəkil çəkdirmək yarışına girdikləri ortaya çıxıb.
Samasta qəhrəman kimi davranılan bu hadisə ilə bağlı video görüntülər Türkiyə mediasında yayımlanandan sonra skandala səbəb olub. Türkiyə Jandarm Qüvvələri isə görüntülərin Samsun Polis İdarəsinin terrorla Mübarizə şöbəsinin çayxanasında çəkildiyini bəyan edib. Görüntülər ilk olarak Türkiyənin TGRT kanalında daha sonra isə digər kanallarında yayımlanıb.
Video görüntülərdə polislərin Ogün Samstla şəkil çəkdirmək üçün özlərinə Türkiyə bayrağı və Mustafa Kamal Atatürkün sözlərindən ibarət arxa fon yaratmaqda olduqları görülür və onlar bir biriləri ilə bu haqda danışırlar. Türkiyə Əmniyyət Təşkilatı kimin tərəfindən çəkildiyi bilinməyən bu görüntülərlə bağlı istintaq balatıldığını açıqlayıb. Təşkilat görüntülərin çəkilməsində və oradakı polislərin kimliyindən və rütbəsində asılı olmayaraq cəzalandırılacağını bəyan edib. Təşkilatın sözçüsü Ramazan Çalışkan, saxlanılan şəxslə polisin şəkil çəkdirməsinin iş əxlaqına zidd olduğunu və polislərin öz fəaliyyəti zamanı şəxsi duyğu və ideyalarından uzaq olmasının vacib olduğunu bildirib.
xxeber |
Tarih: 18:00, 2/2/2007 Kategori: Dunya |
Yorum (yok) | Yorum yaz | Bağlantı |
|
|
Ən son xəbərlər
|